Agent söhbəti generalın bəhanəsidir
06:54 28.02.2018
Arxiv
711
“Demək istəyir ki, cinayətlərdə əli olan şəxslərin hamısı gəlib məhkəmədə onun yanında otursunlar, yoxsa bütün sirləri açıb tökəcək”
Ötən gün Bakı Apelyasiya Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyevin məhkəmə prosesi keçirilib. Prosesdə vəkil Ziyad Abbaszadə məhkəmənin qapalı və videoçəkilişlə aparılması barədə vəsatətlə çıxış edib. O, vəsatətini əsaslandırarkən deyib ki, birinci instansiyada iş üzrə bir çox faktlar araşdırılmayıb.
Vurğulayıb ki, dövlət sirri təşkil edən bir çox məsələlər var ki, proses qapalı olarsa, Elçin Quliyev onlara toxuna bilər. Elçin Quliyev da vəsatəti dəstəkləyib və bildirib ki, onun səlahiyyətində olan agentləri heç kim tanımayıb: "Onların adını yalnız indiki DTX-nin rəhbər şəxslərinə deyə bilərəm”. Ancaq məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edib. Vəkilin digər vəsatətləri də təmin edilməyib. Proses martın 15-də davam edəcək. Məlumat üçün deyək ki, Elçin Quliyev MTN barəsində aparılan istintaq zamanı, o, tutduğu vəzifədən azad edilərək qurumun Heydər Əliyev adına Akademiyasına kafedra rəisi təyin edilib. Ondan sonra isə şübhəli şəxs qismində həbs olunub.
Məsələ ilə bağlı "Şərq”ə danışan hüquqşünas, kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, keçmiş MTN bandasının dövlətin və xalqın başına açdıqları bütün oyunların mərkəzində dayanan əsas fiqurlardan biri Elçin Quliyevdir. Ekspertin fikrincə, generalın məhkəmədəki gedişləri başqa məqsəd daşıyır:
"Agent söhbəti, məhkəmə gizli aparılsın tələbi hələlik bayırda qalan cinayətkarlara işarədir. Ona iş verilməmişdən qabaq sabiq nazir Eldar Mahmudovun adını çəkib onu suçlamışdı. Bu adam zənn edir ki, tələb irəli sürməklə, narazılıq bildirməklə işi yüngülləşəcək. Demək istəyir ki, cinayətlərdə əli olan şəxslərin hamısı gəlib məhkəmədə onun yanında otursunlar, yoxsa bütün sirləri açıb tökəcək. İndi gəlin düşünək, hər şeyini itirmiş və hazırda həbsdə olan bir şəxs üçün agentlərin adının açıq və ya gizli səslənməsinin fərqi varmı? Niyə bu adamı birdən-birə dövlət və ya istintaq sirri qayğılandırmağa başlayıb? İndiyə kimi bir neçə məhkəmə prosesində xeyli agentin adı cəmiyyətə açıqlandı. Nə dəyişdi ki? Bir daha təkrar edirəm, agent söhbəti generalın bəhanəsidir.
General "agentlərin adlarını açıqlamaq” dedikdə MTN-in digər sirlərini nəzərdə tutur. MTN işi genişmiqyaslı yox, hissə-hissə aparılır. Elçin Quliyev ömürlük həbsi zəruri edən bu qədər cinayətlərin qarşısında bir neçə il cəza almağı özünə çox görür. Bəlkə onun qədər cinayət törədən şəxslərin azadlıqda qalması ona ağır gəlir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media
İsrail-Livan danışıqlarının yeddinci raundunun tarixi açıqlanıb
19:00 22.07.2026
Dünya
Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
18:44 22.07.2026
Gündəm
Lavrovun sözlərini Rusiya mediası 4 günə təkzib etdi
18:37 22.07.2026
Gündəm
Qurban Qurbanov: Oyun stilimiz özünü tam tapmayıb
18:20 22.07.2026
Futbol
Avropa İttifaqı Rusiyaya məxsus tankeri saxladı
17:58 22.07.2026
Gündəm
1875-dən 2026-ya uzanan yol: Zərdabinin çırağı hələ də yanır
17:32 22.07.2026
Media
Bakıdakı gizli görüşlə bağlı Kremldən açıqlama
17:15 22.07.2026
Dünya
Berlin Azərbaycanın sülh gündəminə dəstək verir - ŞƏRH
17:14 22.07.2026
Gündəm
Tasnim: ABŞ İranın Hörmüz boğazındakı Larak adasına zərbə endirib
16:34 22.07.2026
Dünya