Ağstafada müxtəlif növ narkotik satan şəxslər SAXLANILDI
15:25 01.09.2021
Arxiv
503
Ağstafa rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əvvəllər məhkum olunmuş Elmar Kərimovun üzərinə baxış keçirilən zaman onun üzərindən iki ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” aşkar edilərək götürlüb.
Dindirilmə zamanı E.Kərimov narkotik maddəni onlayn yolla Bakı şəhərindən əldə etdiyini, bir qisminin isə dostu Sərxan adlı şəxsin avtomobilində saxladığını bildirib.
Polis əməkdaşları sözü gedən avtomobilə baxış keçirib və oradakı əl çantasından bir ədəd sellofan bükümdə narkotik maddə olan “heroin” və üç sellofan bükümdə narkotik maddə olan “tiryək”, qurudulmuş “marixuana”, həmçinin narkotik vasitələri qablaşdırmaq üçün müxtəlif sellofan torbalar və bir ədəd elektron tərəzi aşkar edilərək götürülüb.
E.Kərimovun ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində o, əldə etdiyi narkotik vasitənin bir qismini dostu, Qazax rayon sakini, Sərxan Əfəndiyevə verdiyini bildirib.
Sözügedən avtomobilə baxış keçirilən zaman, yük yerindən S.Əfəndiyevə məxsus çantadakı siqaret qutusunun içərisindən bir ədəd sellofan bükümdə “heroin” aşkar edilərək götürülüb.
S.Əfəndiyev də saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində ümumilikdə 95.115 qram “heroin”, 2.517 qram “tiryək” və 0.340 qram qurudulmuş marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib, faktlarla bağlı Ağstafa Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sabirabadda uşaq ölü doğulub - YENİLƏNİB
17:10 15.09.2026
Hadisə
Husilər: Səudiyyə Ərəbistanını hədəfə almaq qanuni haqqımızdır
17:01 15.09.2026
Dünya
Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib
16:46 15.09.2026
Gündəm
ABŞ İran əməliyyatı zamanı 22 milyard dollarlıq sursat sərf edib
16:43 15.09.2026
Gündəm
Rus ordusu Olxovatkanı işğal etdi
16:26 15.09.2026
Dünya
Rus hərbi bazası Ermənistana baha başa gəlir - Aleksanyan
16:18 15.09.2026
Gündəm
Zelenski: Rusiyada vurulacaq növbəti hədəfləri müəyyən etdik
16:07 15.09.2026
Dünya
“Qalatasaray” – “Fənərbağça” matçının tarixi açıqlandı
16:05 15.09.2026
Futbol
Bakıdakı tıxac problemini kritik həddə çatıb - Hüquqşünas
16:02 15.09.2026
İnfrastruktur
Hakan Çalhanoğlu zədələndi
15:49 15.09.2026
Futbol
Məhkuma poçtla göndərilmiş bağlamada narkotik aşkarlanıb
15:44 15.09.2026
Hadisə