Akif Aşırlı: Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır
15:42 20.07.2018
Arxiv
598
"Yeni medianın sürətlə inkişaf etdiyi mərhələdə çap mətbuatına dövlət tərəfindən xüsusi diqqətin və maliyyə dəstəyinin göstərilməsi müsbət haldır. Klassik media ənənələri hər zaman qorunub saxlanılmalıdır. Bu həm də ona görə lazımdır ki, yeni media məhz klassik media ənənələri əsasında, yəni qəzetçilik prinsiplərinə uyğun olaraq inkişaf etsin, jurnalistikanın ənənəvi dəyərləri qorunsun. Bu mənada, Azərbaycan dövləti tərəfindən çap mətbuatının inkişafına diqqət və qayğı ilə yanaşılması mühüm əhəmiyyətə malikdir”.
Bu fikirləri "Yeni Azərbaycan” qəzetinə açıqlamasında "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı deyib.
Baş redaktor vurğulayıb ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə ölkəmizdə nəşr olunan qəzetlərə birdəfəlik maliyyə yardımı göstərmək üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan KİVDF-yə 1 milyon manatın ayrılması təqdirəlayiqdir:
"İnanmıram ki, "Media klubu”nda təmsil olunan şəxslər də çap mətbuatının inkişafının zəruriliyini, eləcə də dövlətin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin əhəmiyyətini bilməmiş olsunlar. Görünür ki, hansısa məqsədlər var və onlar bu cür açıqlamalar verir, iddialar irəli sürürlər. Dövlətin çap mətbuatının inkişafına maliyyə dəstəyi göstərməsi birmənalı şəkildə təqdir olunmalıdır. Ona görə də "Media klubu”nda təmsil olunan şəxslərin bu cür yanaşmaları təəssüf doğuran haldır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə