“Akkord”dan əl çəkən deyiləm"
19:52 05.07.2016
Arxiv
855
Röya Rəfiyeva: “2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, hələ də evi elektrikin hesabına qızdırmaqdayam və işıq pulu büdcəmi sökür”
"Yeni Müsavat” qəzetinin əməkdaşı və "Kanal 13” internet televiziyasının aparıcısı Röya Rəfiyeva "Akkord” Şirkətlər Qrupunu məhkəməyə verib. Sherg. az xəbər verir ki, bu barədə jurnalist özünün feysbuk səhifəsində yazıb. O bildirib ki, bu, şirkətlə bağlı məhkəməyə edilən ikinci müraciətdir: "Akkord”u yenidən məhkəməyə verdim. Vəkilim dəyərli və peşəkar hüquqşünas Əkrəm Həsənovdur. Vəkilimə inansam da, ölkənin məhkəmə sistemindən ədalət deyil, möcüzə gözləyirəm. Mart ayında məhkəməyə müraciət etmişdik, məhkəmə əsassız olaraq iddiamızı təmin etmədi. Nəticədə yenidən Nərimanov Rayon Məhkəməsinə müraciət etdik.
Bu ölkədə "Akkord” kimi ikinci məsuliyyətsiz şirkət varmı görəsən? Məhkəmə də əsassız olaraq şirkəti müdafiə edir, əvvəlki iddiaya baxmadan geri qaytarıb. Qeyd edim ki, şirkətdən iki il əvvəl aldığım evlə, həmçinin müqavilə şərtləri ilə bağlı çoxsaylı problemlər var. Bir-bir məhkəməyə verməyi qərara aldım. Əvvəlcə mənzillə bağlı sənədlərimi tələb edirəm. Sonra da yavaş-yavaş başqa problemləri mübahisələndirəcəm. Bu işdən sonra "Akkord”la bağlı bir neçə tələb üzrə məhkəməyə müraciət etməyi düşünürəm. Daha sonra da bankı məhkəməyə verəcəm”.
Jurnalistin sözlərinə görə, 2014-cü ildə şirkətdən aldığı evlə bağlı çoxsaylı problemlər yaranıb. Şirkət isə həmin problemləri həll etməyib. Üstəlik, bina indiyədək təhvil verilməyib və bu səbəbdən orada təbii qaz da yoxdur. "İki il əvvəl ev aldığım "Akkord” şirkətini məhkəməyə verdim. 2014-cü ilin fevralında aldığım mənzildə çox sayda və ciddi problemlər yaranıb. Dəfələrlə şirkət rəhbərliyinə bu barədə məlumat vermişəm, heç bir nəticəsi olmayıb, problemlər aradan qaldırılmayıb. 2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, hələ də evi elektrikin hesabına qızdırmaqdayam və işıq pulu büdcəmi sökür. Mənzil çox keyfiyyətsizdir, bunları detallı halda dəfələrlə şirkətə bildirsəm də, qulaqardına vurulub. Ötən ilin sentyabrında isə mətbəx mebeli divardan qopub və nəticədə ev əşyalarım sıradan çıxıb. Həmçinin sonradan bir neçə vəkilə bağladığımız müqaviləni göstərmişəm, alıcının xeyrinə bir bənd belə yoxdur. Bu, azmış kimi, şirkət mənə sonradan məcburi olaraq bankla müqavilə bağladıb və burada da çoxsaylı problemlər var. Saymaqla bitmir ki... Beləliklə, bir-bir məhkəməyə verməyi qərara aldım”.
Ayyət Əhməd
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol