Aktyor Azər Mirzəyev vəfat etdi
07:16 19.07.2014
Arxiv
755
Azərbaycanın Əməkdar artisti, tanınmış aktyor Azər Mirzəyev dünyasını dəyişib.
AzVision.az xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra bu gün gecə saat 3 radələrində rəhmətə gedib.
62 yaşında dünyasını dəyişən aktyorun cənazəsi böyüdüyü Sabirabad rayonunda torpağa tapşırılacaq. O 2 il əvvəl keçirdiyi iflic xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Azər Əlibala oğlu Mirzəyev 1952-ci il may ayının 12-də Zərdab rayonunda müəllim ailəsində anadan olub. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçən Azər orta məktəbi burda başa vurub və 1968-ci ildə SSRİ xalq artisti Ədil İsgəndərovun rəhbərliyi altında "Azərbaycanfilm"in nəzdində fəaliyyət göstərən kino aktyorluğu studiyasına qəbul olunub.
1970-ci ildə buranı bitirəndən sonra sənədlərini İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə verib və qəbul olunub. İncəsənət İnstitutunda respublikanın xalq artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan akytorluq sənətinin sirlərini öyrənib.
1974-cü ildə bu ali məktəbi bitirəndən sonra təyinatla Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına göndərilən Azər Mirzəyev o gündən indiyədək bu teatrın səhnəsində neçə-neçə gözəl obrazlar yaradıb.
Allah rəhmət eləsin.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Sağlam ailə modeli” layihəsi çərçivəsində seminar keçirilib
00:25 13.06.2026
Ölkə
Acun Ilıcalı Rəcəb Tayyib Ərdoğana hədiyyə verdi
22:56 12.06.2026
Region
İran hakerləri DÇ-2026-nı hədəfə ald
21:28 12.06.2026
Dünya
Yurgen Klopp DÇ-2026-nın açılış matçını sərt tənqid etdi
21:14 12.06.2026
Futbol
Rubio: ABŞ Moskva ilə konstruktiv əlaqələrdə maraqlıdır
20:53 12.06.2026
Dünya
Fuat Oktay Azərbaycan Prezidentini təbrik edib
20:45 12.06.2026
Rəsmi
Əraqçi yazdı,Tramp sosial mediada paylaşdı
20:38 12.06.2026
Gündəm
Ağdamda şəhid ailələri və müharibə iştirakçıları ilə görüş keçirilib
20:16 12.06.2026
Ölkə
CHP-də iki bələdiyyə sədrinin partiyadan xaric edilməsi istənilib
20:14 12.06.2026
Gündəm
Rusiyada boşanma zamanı “uşaq bölgüsü” razılaşmaları genişlənir
20:08 12.06.2026
Cəmiyyət