"2010-cu ildə ali məktəblərə ayrılan plan yerlərinin sayı 29 min idisə, 2017-ci ildə bu rəqəm 43 min oldu. Yəni tələbələrin sayının artması heçdə təhsilin inkişafı ilə əlaqədar deyil. Bundan başqa, bu il qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb. 2017-ci ildə qəbul imtahanlarında
"Ali məktəblərə sənəd verən abituriyentlərin sayı azalıb" - 110 mindən 70 minə
10:42 08.09.2017
Arxiv
542
"Təəssüf ki, son illər ərzində Azərbaycan ali məktəblərinə qəbul olmaq üçün sənəd təqdim edən abituriyentlərin sayı kəskin şəkildə aşağı düşüb. Belə ki, 2010-cu ildə ali təhsil almaq üçün müraciət edən şəxslərin sayı 110 min idisə, 2017-ci ildə bu rəqəm 70 minə yaxın oldu".
Bu barədə "Sherg.az"a təhsil üzrə ekspert Kamran Əsədov bildirib.
O qeyd edib ki, plan yerlərinin sayı isə əksinə olaraq, kəskin şəkildə artıb:
"2010-cu ildə ali məktəblərə ayrılan plan yerlərinin sayı 29 min idisə, 2017-ci ildə bu rəqəm 43 min oldu. Yəni tələbələrin sayının artması heçdə təhsilin inkişafı ilə əlaqədar deyil. Bundan başqa, bu il qəbul imtahanlarında 0-100 bal arası nəticə göstərənlərin sayı artıb. 2017-ci ildə qəbul imtahanlarında0-100 bal arası nəticə göstərənlərin arasında da müəyyən fərq müşahidə olunub. Ötən il 0-100 bal arası nəticə göstərənlərin sayı 11 030 nəfər idisə, bu il 11 999 nəfər belə nəticə göstərib. Bu il ali məktəblərə qəbul imtahanların 2 dəfə keçirilməsi bizə zəmin verirdi ki, nəticələrin ümumi tendensiyasında yaxşılaşma olacaq. Çünki birinci imtahandan sonra çox aşağı nəticə göstərənlər ikinci imtahana yazılmadılar.
Yaxşı, hətta əla nəticə göstərənlər isə öz zəif və güclü nəticələrini görüb ikinci imtahan daha hazırlıqlı gələrək daha yaxşı bilik nümayiş etdirdilər. İmtahanların nəticələrinə əsasən deyə bilərik ki, I qrupda orta bal 2,6 bal (1,15%) artıb. II qrupda abituriyentlərin sayı azalıb və orta bal 11 bal (-4,16%) aşağı düşüb. III qrupda abituriyentlərin sayı 797 nəfər artıb və orta bal 6,67 bal (0,01%) artıb. V qrupda da ötən illə bu ilin arasında 12 bal (3.74) artım var. Ümumi bütün qruplar üzrə nəticələri götürsək, görürük ki, orta bal -1 bal (0,4%) aşağı düşüb. Ümumilikdə nəticələr onu deməyə əsas verir ki, bu il bakalavr pilləsində imtahan verən məzunların nəticələri ötən illə təxminən eyni səviyyədədir".
Ayyət ƏHMƏD
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakıda anbarda güclü yanğın başladı - FOTO
14:31 25.09.2026
Hadisə
Simonyan Azərbaycanı işarə elədi, Şevtsov hədələdi
14:18 25.09.2026
Gündəm
Braziliya millisində “10 nömrə”nin yeni sahibi müəyyənləşdi
14:11 25.09.2026
Futbol
Elm öyrənməklə əldə olunmur
13:07 25.09.2026
Elm və Təhsil
Tramp İranla danışıqlardan imtina etdi
12:57 25.09.2026
Dünya
“Paşinyan Ermənistanın Azərbaycandan asılı olduğunu bəyan etdi”
12:54 25.09.2026
Gündəm
SEPAH: ABŞ yeddi şərtimizi yerinə yetirənədək müharibə davam edəcək
12:48 25.09.2026
Dünya
Azərbaycan Qran-prisi: Üçüncü sərbəst yürüş başladı
12:39 25.09.2026
İdman
Prezident: Cənubi Qafqazda sülh yeni investisiya dalğası yaradır
12:35 25.09.2026
Gündəm
2015-ci ildən sonra doğulanlara siqaret qadağan ediləcək
12:25 25.09.2026
Sağlamlıq
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib
12:01 25.09.2026
Gündəm
Kartof şirniyyatdan da çox şəkəri qaldırır
11:44 25.09.2026
Sağlamlıq
Prezident İlham Əliyev Tacikistanın Baş nazirini qəbul edib
11:35 25.09.2026
Gündəm
Dövlət qulluğu sahəsində yeni meyarlar müəyyənləşir
11:25 25.09.2026
Aktual