Alma yeyənlər daha uzun ömür yaşayır

Almanın qabığındakı liflər xolesterolu və təzyiqi səhmana salır, xərçəng riskini azaldır


Avstraliyada 1456 qadın üzərində aparılan araşdırmalar maraqlı nəticələr ortaya şıxarıb.
"Daily Mail”in xəbərinə görə, gündə bir alma, erkən yaşda ölüm riskini 35 faiz azaldır. 70 və 85 yaşları arasında olan 1456 qadın üzərində 15 il boyunca aparılan araşdırmalar nəticəsində gündə 100 qram alma yeyən qadınların daha uzun ömür yaşadığı məlum olub. Dr Jonathan Hodgson, bu təsirin almanın qabığındakı flavanoid və liflər sayəsində mümkün olduğunu söyləyir. Flavanoid antioksidin təsiriylə hüceyrələr ziyan görmür. Almanın qabığındakı liflər isə xolesterolu və təzyiqi səhmana salır, xərçəng riskini azaldır. Eyni zamanda maqnezium, kalium və C vitamini qaynağı olan alma digər meyvələrə nisbətlə daha böyük bir təsirə malikdir. Hər gün alma yeyən adamların sağlam bir həyat yaşadıqları aydıgörünür. Almayla birlikdə digər meyvələri və tərəvəzləri yemək də sağlamlığınıza və daha uzun ömür yaşamağınıza qatqı təmin edər.