Almaniya və Fransadan Rusiya və İrana çağırış:"Vədinizə əməl edin !"





Almaniya kansleri Angela Merkelin sözçüsü Stefan Seybert Moskva və Tehrana çağırış edib.

"Sherg.az" "Lefigaro.fr"ə istinadən xəbər verir ki, o, çağırışında Dəməşq yaxınlığındakı Şərqi Qutada atəşkəsə əməl etmələrini istəyib:

"Qazaxıstanın paytaxtı Astanada Rusiya və İran şərqi Qutada Əsəd qüvvələrinə dəstəyi dayandırararaq atəşkəsə əməl edəcklərini vəd etdilər. Amma vədlərini yerinə yetirmirlər. Əsəd rejimindən tələb edirik ki, Qutadakı qırğınları təcili olaraq dayandırsınlar. Eyni zamanda Fransa da İran və Rusiyanı Qutada atəşkəsə əməl etməyə çağırıb.

Tərcümə etdi : Ayyət Əhməd