Amerika-Türkiyə arasında buzlar əriyir
18:16 29.08.2018
Arxiv
813
Nümayəndə heyətinin səfərindən sonra Türkiyə prezidentinin Vaşinqtona səfər planının hazırlanması münasibətlərin istiləşməsinə işarədir
Vaşinqton-Ankara münasibətlərinin gərginləşməsi fonunda bir qrup amerikalı konqresmen Türkiyəyə səfərə gəlib. Konqresmen Maykl Törnerin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkənin Xarici İşlər və Müdafiə nazirliklərində görüşlər keçirib. Tərəflər "F-35”, "S-400” və PKK terror təşkilatı ilə bağlı məsələləri müzakirə ediblər.
Amerikalı heyət bildirib ki, əgər Türkiyə "S-400” zenit-raket komplekslərindən imtina edərsə, "F-35” qırıcıları ilə bağlı sanksiyalar aradan qalxacaq. Türkiyə tərəfi isə konqresmenlərdən Ankara hökumətinə qarşı qəbuledilməz davranışın aradan qaldırılmasını istəyib. Türk heyət PKK ilə mübarizədə Ağ Evin üzərinə götürdüyü vəzifəni yerinə yetirmədiyini vurğulayıb. Məlumat üçün bildirək ki, yaxın günlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri və Nyu-Yorkda həmkarı Donald Trampla görüşü gözlənilir. Ekspertlərə görə, liderlərin görüşünə qədər hər iki ölkə nümayəndə heyətləri sayəsində aradakı gərginliyi azaltmağa çalışır.
Tərəflərin yaxınlaşma cəhdlərini "Şərq”ə dəyərləndirən politoloq Vasif Əfəndiyev hesab edir ki, 2017-ci ilin may ayında reallaşan Ərdoğan-Tramp görüşündən sonra iki dövlət arasında münasibətlər zahiri görünüşcə sərtləşmiş kimi görünsə də, əslində bu təmas Türkiyə üçün xüsusi əhəmiyyətli oldu: "Türkiyənin Suriya ərazisində böyük və uğurlu hərbi əməliyyatlar keçirməsinə qarşı maneçilik törədilmədi. Bu məsələdə həm ABŞ, həm də Rusiya sözdə narazılıq bildirsə də, konkret əməli tədbirlər görmədilər. Türkiyə Suriyada daha geniş hərbi əməliyyatlar aparmaq məqsədini gizlətmir və bunu həyata keçirir. Ərdoğanın ABŞ-a nəzərdə tutulan səfərinin əsas hissəsinin də bu mövzuya həsr ediləcəyi şübhəsizdir. Böyük ehtimalla Ərdoğan Trampla bu mövzuda ümumi razılığa gələ biləcək. Ərdoğanın səfəri öncəsi Türkiyə XİN-in nümayəndə heyəti Amerikaya yollanaraq ilkin hazırlıqlar görüblər. Nümayəndə heyətinin səfərindən sonra Türkiyə prezidentinin Vaşinqtona səfər planının hazırlanması münasibətlərin istiləşməsinə işarədir. Ərdoğan xarizmatik liderdir və nəticəsiz səfərlərə getməyəcəyi də onun xarakterindən irəli gəlir”.
Siyasi şərhçi bildirib ki, Türkiyənin Rusiyadan "S-400” raketlərini almaq istəməsi NATO dövlətlərini narahat etməyə bilməz: "Hərbi alyansın quru qoşunlarının ən güclü hissəsini təşkil edən türk ordusunu itirmək nə Trampın, nə də digər müttəfiqlərin maraqlarına uyğundur. "S-400” raketlərinin alınması NATO-Türkiyə müttəfiqliyinin sonunu gətirə bilər. ABŞ tərəfinin "F-35” qırıcılarının yenidən Türkiyəyə veriləcəyi təşəbbüsü ilə çıxış etməsi isə narazılıqlara son qoymaq məqsədini güdür”.
Ekspert sentyabrın sonlarında Tehranda Rusiya, İran və Türkiyə prezidentlərinin üçlü formatda baş tutacaq görüşünə də münasibət bildirib:
"ABŞ-ın bir müttəfiq kimi Türkiyədən İrana qarşı sanksiyalara qoşulmasını istəməsi və bu istəyin ardından Türkiyənin xüsusi yanaşma sərgiləməsi Ərdoğanın manevr imkanlarını artırır. Ərdoğan səfər əsnasında İrana qarşı sanksiyaların yumşaldılmasına cəhd edəcək. Bu istəyini gerçəkləşdirə bilərsə, Tehran görüşündə Türkiyə dominant tərəf kimi iştirak edəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya