“Amnesty İnternational” kimi təşkilatların məqsədi uydurma hesabatlarla ölkələri nüfuzdan salmaqdır”
12:20 24.05.2019
Arxiv
730
"Böyük Britaniyada fəaliyyət göstərən "Amnesty İnternational” təşkilatının Azərbaycana qarşı növbəti qərəzli münasibətini müşahidə edirik”.
Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri, hüquq müdafiəçisi Əhməd Şahidov deyib.
Hüquq müdafiəçisi bildirib ki, bu təşkilat Azərbaycanı "hədəf ölkələri” siyahısına salıb. Səbəbi isə Azərbaycanın son illərdə artmaqda olan beynəlxalq nüfuzu, iqtisadi-siyasi uğurları, habelə idman və mədəniyyət yarışlarına davamlı olaraq ev sahibliyi etməsidir:
"Bu amillər beynəlxalq aləmdə Azərbaycanın rəqiblərini artırıb. Müxtəlif cəbhələrdən Azərbaycana savaş açmaqla və qara yaxma kampaniyası təşkil etməklə ölkəmizi sıxışdırmağa çalışırlar. Ötən illər ərzində Avroviziya, Avropa Oyunları, İslam Oyunları, Formula 1 və ardınca futbol oyunu Azərbaycanı siyasət, mədəniyyət, musiqi və idman mərkəzinə çevirib. "Amnesty İnternational” təşkilatı kilsəyə ianə toplamaqla məşğul olan missioner təşkilat kimi qaranlıq mənbələrdən, lobbi dairələrindən aldığı yardımlar əsasında çirkin fəaliyyətini davam etdirir. Yəni bir növ özünü təsdiqlə məşğul olur. Növbəti illərdə həmin təşkilatlardan, konkret olaraq erməni lobbisindən ianə toplamaq üçün öz hesabatlarını siyasi sifarişlər əsasında formalaşdırırlar”.
Ə.Şahidov "Amnesty İnternational” təşkilatına və Bakını "təhlükəli şəhər” adlandıran Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə özlərinin istinad etdikləri mənbələrlə cavab verib:
"Necə ola bilər ki, 2017-ci ildə Çelsi, eləcə də 2018-ci ildə Arsenal klubu Azərbaycanda "Qarabağ”la oyun oynayarkən minlərlə ingilis azarkeşi Bakıya gəlir və heç bir insident yaşanmır, ancaq bir il sonra Bakı "təhlükəli şəhər” olur?! Bu, çox gülünc iddiadır. Dünyanın 340 ən təhlükəsiz şəhərləri arasında Bakı 50-ci yerdə qərar tutur. Britaniyanın Liverpul və digər on şəhəri isə 80-100-cü yerdədir. Yəni, paytaxtımız Avropa şəhərlərindən daha təhlükəsiz və stabildir. Hətta Nyu-York, Moskva, Oslo, Budapeşt, Varşava kimi şəhərlər belə Bakıdan sonra gəlir”.
Qurum rəhbəri əlavə edib ki, "Amnesty İnternational” kimi təşkilatların məqsədi doğrunu qeyd etmək yox, uydurma hesabatlarla ölkələri nüfuzdan salmaqdır:
"Ancaq hər zaman olduğu kimi qərəzli qurumun ittihamları bu dəfə də fiyaskoya uğradı. Çünki Çelsi-Arsenal oyununa bütün biletlər satılıb. Londondan Bakıya 60-a yaxın birbaşa çarter reysləri var. Əsl futbol azarkeşləri, idmanı siyasətə alət etməyən fanatlar artıq Bakıya gəlməkdədirlər. Məndə olan məlumata görə, əksər otellərdə yerlər bronlanıb. Bakı növbəti dəfə dünyanın diqqət mərkəzində olacaq və heç bir insident yaşanmayacaq. Bu isə dövlətimiz üçün qürurverici hadisədir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"İsmayıl məqamı" sənədli filmi təqdim olundu - FOTOLAR
13:33 05.11.2026
Cəmiyyət
Putin və Zelenski Türkiyədə görüşə bilər
13:28 05.11.2026
Dünya
Kobaxidze Avropa Komissiyasının hesabatını tənqid edib
13:27 05.11.2026
Gündəm
Prezident Ərdoğan Azərbaycana gəlir
13:04 05.11.2026
Gündəm
Nikol Paşinyan Türkiyəyə səfər edəcək
13:03 05.11.2026
Siyasət
Nyu-Yorkda 30 ildən sonra qızılcadan ilk ölüm qeydə alındı
12:47 05.11.2026
Hadisə
Həyatdan yorulanda özünüzü yaxşı hiss etmək üçün 6 üsul
12:44 05.11.2026
Sağlamlıq
Kuryerlər aylıq 15 manat sadələşdirilmiş vergi ödəyəcək
11:57 05.11.2026
Sosial
Fransalı deputat İranın gələcək lideri kimi Rza Pəhləvini görür
11:42 05.11.2026
Siyasət
Ermənistan Türkiyə ilə sərhədi istənilən an aça bilər
11:08 05.11.2026
Gündəm
FHN qeyri-sabit hava ilə əlaqədar əhaliyə müraciət edib
11:00 05.11.2026
Ekologiya
Qaqik Sarukyanın həbs müddəti üç ay uzadıldı
10:57 05.11.2026
Dünya
Rusiya Qara dənizdə yük gəmisini vurdu
10:42 05.11.2026
Dünya
Ordubadda sahibkara məxsus obyektə zərər vuran şəxs saxlanılıb
10:07 05.11.2026
Hadisə