Ana da öldü, körpəsi də...

Nənə isə uşağın təkrar ana bətninə tikilib dəfn olunmasını istədi
6 aylıq hamilə olan 18 yaşlı Scarlett Holyoakenin anası ağrılar içində dəhşətli bir istəyini gerçəkləşdirdi. "Daily Mail”in xəbərinə görə, ölən 18 yaşlı qız xəstəxanaya gətiriləndə artıq nəfəs almır, qəlbi döyünmürdü.
Həkimlər Rocco adlı körpəni xilas etmək üçün Scarlettinin təcili olaraq keysəriyyə əməliyyatına alıblar. Ancaq nə ananı, nə körpəni xilas etmək mümkün olmayıb. Qızını və nəvəsini itirən pərişan nənə Gayle De-Lacey həkimlərdən körpənin təkrar anasının bətninə tikilməsini və bu şəkildə dəfn olunmasını istəyib.
De-Lacey verdiyi açıqlamada deyib ki, ayrıca bir cənazə tələb edilməsi üçün Rocco hələ çox balaca olub: "İkisinin sonsuza qədər birlikdə qalmaları üçün Rocconun aid olduğu yerdə, anasının bətnində qalmasını istədim. Əminəm ki, qızım da belə olmasını istəyərdi”.
Ginekoloq Leila Xanına belə bir tələbin çox nadir olduğunu desə də, ilk dəfə qarşılaşmadığını bəyan edib.