Analitik:"Proseslər göstərir ki, Paşinyan bu vəzifəyə hazır deyil"






"Paşinyanın belə siyasət yeritməsi onun qeyri-peşəkarlığının göstəricisidir”

Bu barədə "Sherg.az”a Paşinyanın Ermənistanda həyata keçirdiyi təmizləmə siyasətini şərh edərkən analitik Arzu Nağıyev bildirib.

Onun sözlərinə görə, bir neçə müddətdir ki, Paşinyan Ermənistanda hakimiyyət nümayəndələrini həbs etdirir:

"Qarabağ Klanına qarşı konkret addımlar atır. Bura da Levon Ter-Petrosyanın 2008-ci ildə prezident seçkilərində qalib gəlməsinə əngəl törədən Koçaryan prezident olan zaman onun həbsi,o vaxtlarda İrəvan Qarnizonun rəhbəri olan Xaçaturov və eks- müdafiə naziri Arutyunyanın həbsini nəzərdə tutur.
Bundan başqa Qarabağ Klanının ən mühüm nümayəndələri olan Qriqoryanın həbsi və digər proseslər təbii ki, korrupsiyaya uğramış Serj Sarksiyanın ətrafını təmizəməkdən ibarətdir. Avqust ayının 17-də Ermənistanda mitinq baş tutmalıdır.

 Bu mitinqdə hakimiyyətin hesabatı ortaya qoyulmalıdır. Paşinyan nümayiş iştirakçılarının qarşısında gördüyü işlərlə bağlı çıxış edəcək. Bu proseslərin hamısı Paşinyanın parlament seçkilərindən ibarətdir. Əlbəttə, əks tərəf buna qarşı çıxmağa çalışır. Koçaryanı həbsdən azadetdirmək istəyirlər. Onu haqqında olan qərarların ləğv etdirilməsini bildirirlər. Xaçaturovun arxasında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) dayanır. 

Həmçinin Rusiya bu təşkilatın baş katibinin həbsini birmənalı qarşılamır. Ermənistanda çox mürəkkəb proseslər gedir. Bu, bir daha göstərir ki, Paşinyan indiki vəzifəyə hazır deyil. Onun nə siyasi, nə iqtisadi, nə də hərbi cəhətdən ciddi bir proqramı var. Əsas məqam ondan ibarətdir ki, onlar demokratiya adı altında bildiklərini həyata keçirirlər”.

N.Paşinyanın təmizləmə siyasətinin Rusiyada doğurduğu narahatlığa gəlincə, analitik qeyd edib ki, Ermənistan Rusiyanın vassalıdır:

"Təbii ki, Rusiya bu siyasətə etiraz edəcək. Rusiya düşünür ki, hərbi, iqtisadi və siyasi cəhətdən onlardan aslı olan bir dövlət necə ola bilər ki, qərbə tərəf meyillənsin və yaxud bunların əlindən çıxsın. Bu mənada Rusiyanın Paşinyan hakimiyyətinə açıq şəkildə iradlarını bildirməsi təbiidir”.

Kənan Eynuroğlu