“APA Holding” və İRNA əməkdaşlıq edəcək
16:35 31.10.2017
Arxiv
730
Tehranda səfərdə olan "APA Holding”in prezidenti Vüsalə Mahirqızı səfərin son günü İran İslam Respublikasının İRNA Dövlət Xəbər Agentliyinin baş direktoru Məhəmməd Xudadadi ilə görüşüb. APA-nın Tehran bürosunun məlumatına görə, görüşdə M.Xudadadi V.Mahirqızının İrana səfəri və İRNA dövlət agentliyində qonaq olmasından məmnunluğunu dilə gətirib və agentliyin son nailiyyətləri və uğurları ilə bağlı məlumat verib.
M.Xudadadi İRNA-nın APA kimi fəal agentliklə birbaşa əməkdaşlıq etməkdə maraqlı olduğunu bildirib: "APA agentliyi çox fəal agentlikdir və xəbər mübadiləsi, xüsusi ilə iqtisadi xəbərlərin mübadiləsi sahəsində əməkdaşlıq etməkdə maraqlıyıq. Mən indiyədək 4 dəfə Azərbaycana səfər etmişəm və yenə də səfər etmək niyyətindəyəm. Bizim Azərbaycana olan baxışımız qardaşlıq baxışıdır. Mən indiyədək İRNA agentliyində Azərbaycanı zəif göstərəcək ən kiçik bir xəbərin getməsinə belə icazə verməmişəm və verməyəcəyəm.
Biz prezident İlham Əliyevin rəhbərliyi ilə güclü Azərbaycan görmək istəyirik. İki ölkə və xalqın arasında əlaqələrin inkişafında mətbuatın rolu danılmazdır”.
Görüşdə "APA Holding”in prezidenti Vüsalə Mahirqızı dəvətə görə İRNA-nın rəhbərliyinə təşəkkürünü bildirib və rəhbərlik etdiyi qurumun əməkdaşlıq etməkdə maraqlı olduğunu qeyd edib: "Ümid edirik bu əməkdaşlıqlar müsbət nəticə verəcək. Bizim agentlik üçündə iqtisadi sahədə xəbərlərin verilməsi önəmlidir və bu sahədə əməkdaşlıq etməyə hazırıq”.
V.Mahirqızı "APA Holding”in müxtəlif bölmələri haqqında ətraflı məlumat verib və iki agentliyin əməkdaşlıq perspektivlərini iranlı həmkarı ilə müzakirə edib.
Görüşdə ikitərəfli əməkdaşlıq haqqında razılıq əldə olunub.
Qeyd edək ki, İRNA agentliyi xəbər yayımı sahəsində 83 illik təcrübəsi ilə İranda ən qədim xəbər agentliyi hesab olunur. İRNA hazırda İranın müxtəlif şəhər və rayonlarında 60 nümayəndəliyi var, dünyanın müxtəlif ölkələrində isə nümayəndəliklərinin sayı 30-dan çoxdur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə