Aprel döyüşlərində yaralanan kapitanımız hospitalda vəfat edib






Aprel döyüşlərində yaralanan zabitimiz dünyasını dəyişib.
Müdafiə Nazirliyinin saytının  xəbərinə görə, aprel ayının əvvəllərində döyüş əməliyyatları zamanı yaralanan zabitimiz kapitan Savalanov Nəcməddin Akif oğlunun həyatını xilas etmək üçün həkimlərin səyinə baxmayaraq o, mayın 8-də Silahlı Qüvvələrin Baş Klinik Hospitalında dünyasını dəyişib.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbr diləyir!