AQTA: 11 şadlıq evində nöqsanlar aşkarlanıb
17:05 12.07.2021
Arxiv
657
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
Agentlikdən "Report"a verilən məlumata görə, iyulun 10-11-də Quba rayonu, Vaqif küçəsi 151 ünvanında fəaliyyət göstərən “Qızıl Tac” şadlıq sarayında, Gəncə şəhəri, Vəli Xuluflu 131 ünvanında fəaliyyət göstərən “Şah Saray” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin kobud şəkildə pozulduğu faktları aşkar olunub. Belə ki, həmin şadlıq saraylarında 150 nəfərlik şənlik mərasiminin keçirilməsi üçün müvafiq portala rəsmi müraciət olunub və keçirilən baxış zamanı şənlik mərasiminin 150 nəfərdən artıq şəxsin iştirakı üçün nəzərdə tutulduğu müəyyən olunub.
Bundan əlavə, nəzarət tədbirləri çərçivəsində 11 şadlıq sarayında şənlik mərasimində xidmət göstərən işçi heyətin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi aşkar edilib. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.
Pozuntular aşkar edilmiş şadlıq sarayları aşağıdakılardır:
Bakı şəhəri, Nizami rayonu, T.Abbasov 20 ünvanında fəaliyyət göstərən “Sevinc” şadlıq sarayı;
Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsində fəaliyyət göstərən “Ağ Çiçəyim” şadlıq sarayı;
Bakı şəhəri, Nizami rayonu, A.Manafov küç., məhəllə 2347 ünvanında fəaliyyət göstərən “İmperator” şadlıq sarayı;
Sumqayıt şəhəri, 9-cu mkr, Ü.Hacibəyov küçəsində fəaliyyət göstərən "Səma" şadlıq sarayı;
Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində fəaliyyət göstərən "Briliant" şadlıq evi;
Qəbələ rayonu, Həmzəli kəndində fəaliyyət göstərən “Qəbələ Palace” şadlıq sarayı;
Quba rayonu, Əzizbəyov küçəsində fəaliyyət göstərən “Quba" şadlıq evi;
Göyçay rayonu, Qarabaqqal kəndində fəaliyyət göstərən "Kənan" şadlıq sarayı;
Kürdəmir rayonu, Karrar qəsəbəsində fəaliyyət göstərən "Miraj Palace" şadlıq sarayı;
Şəmkir rayonu, Bakı-Qazax yolunun 391 km-liyində fəaliyyət göstərən “Ceyhun” şadlıq sarayı;
Tovuz rayonu, Abulbəyli kəndi, “Uğurlu” şadlıq sarayı.
Aşkar olunmuş qayda pozuntuları ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
AQTA əhalinin sağlamlığının qorunması, həmçinin pandemiya dövrünün tələbləri ilə bağlı qanunvericiliklə müəyyən olunmuş tələblərə əməl olunmasının təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və qanunsuz fəaliyyətlərin qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda bu həftədən ov mövsümü başlayır
13:15 07.10.2026
Hadisə
Ukrayna səfiri Azərbaycana təşəkkür edib
12:57 07.10.2026
Gündəm
Qara Qarayev metrostansuyasının qarşısında avtobuslar toqquşub
12:38 07.10.2026
Hadisə
Marta Kos: Ermənistan Avropa İttifaqına doğru irəliləyir
12:33 07.10.2026
Dünya
Rusiyada ciddi təhlükə: Tramp Putinə zəng edəcək
12:17 07.10.2026
Dünya
Türkiyə “Starlink”in analoqunu yaradır
11:57 07.10.2026
Texnologiya
Astarada avtomobil 70 metr dərəyə yuvarlandı, sürücü öldü - VİDEO
11:17 07.10.2026
Hadisə
Paşinyan açıqladı: Nəsimi Musayev hələlik Ermənistanda qalacaq
11:15 07.10.2026
Gündəm
Ronaldo üzr istədi: Bu, mənim səhvim idi
10:56 07.10.2026
Futbol
8 tacikistanlı Azərbaycanda təhsil alacaq
10:41 07.10.2026
Elm və Təhsil
Ekspertdən ADY-yə sərt suallar: “B planı niyə yoxdur?”
10:40 07.10.2026
İnfrastruktur
“Ənsarallah” Ədən Beynəlxalq Hava Limanını vurdu
10:23 07.10.2026
Dünya
Paşinyan Musayevin Bakıya təhvil veriləcəyini istisna etmir
10:16 07.10.2026
Aktual