AQTA və QMİ-dən Qurban bayramı ilə bağlı mühüm tövsiyələr
11:32 05.08.2019
Arxiv
563
Qurban bayramında fəaliyyət göstərəcək stasionar və çadırtipli heyvan kəsimi məntəqələrinin siyahısı açıqlanıb.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) "Sherg.az"a verilən məlumata görə, Qurban bayramı günlərində Respublika üzrə 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək.
AQTA bayram günlərində qurbanlıq heyvanların satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edərək, şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün onları heyvan satışı və kəsimini baytarlıq-sanitariya və gigiyena normalarına cavab verən stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra orqanları ilə birgə təşkil olunmuş çadırtipli kəsim məkanlarında həyata keçirməyə çağırır.
Heyvan kəsimi məntəqələri lazımi avadanlıqlar ilə təmin ediləcək.
Vətəndaşlar bayram günlərində əvvəlcədən seçim edərək, qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün müəyyənləşdirilmiş yerlərə müraciət edə, təşkil olunan xidmətlərdən yararlana bilərlər.
Qafqaz Müsəlmanları İdarəsi də (QMİ) qurbanın sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilməsini tövsiyə edir: "Qurbаn duаsının охunması məsləhətdir. Tövsiyə edərdik ki, bu müqəddəs bayram günlərində qurbanların kəsilməsi baytarlıq və sanitariya qayda-qanunlarına ciddi əməl olunmaqla münasib yerlərdə icra edilsin. Həmçinin, qurbanların azyaşlı uşaqların, habelə heyvanların gözü qarşısında kəsilməsi məsləhət deyil".
Bakı şəhəri üzrə həmin kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
S/s
Rayonlar
Heyvan kəsimi və satışı məntəqələrinin ünvanları
1
Səbail rayonu
Gülbala Əliyev küçəsi (Bibiheybət Neft-Qazçıxarma idarəsinin arxası)
2
20-ci sahə (Badamdar şossesi)
3
Xətai rayonu
Zığ yolu (“Nargilə” adlanan yer və 5 saylı binanın yaxınlığında)
4
Rəsulzadə qəsəbəsi, Binəqədi şossesi
5
Binəqədi rayonu
Biləcəri qəsəbəsi , Xocəsən -Biləcəri - Binəqədi yolu (dördyol adlanan yer)
6
Binəqədi qəsəbəsi, Gülüstan massivi döngə 15 (heyvan bazarının yanı)
7
Cəfər Xəndan küçəsi 54 ("Ət pavilyonu")
8
Şərifzadə küçəsi 196
9
Yasamal rayonu
Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi 7
10
M.Xiyabani küçəsi 10c
11
Lökbatan qəsəbəsi ("Meyvəli" MMC-nin ərazisi)
12
Qaradağ rayonu
Aqrovest MMC (Lökbatan yolu, "Binə" ticarət mərkəzinin qarşısı)
13
"Qoç-ət" MMC , Lökbatan qəsəbəsi
14
Nizami rayonu
M.Əliyev və R.Rüstəmov küçələrinin kəsişməsi
15
"Azər-Aqro" MMC , Yeni Bakı Neftayırma Zavodu dairəsi
16
Əliyar Əliyev küçəsi 26 (“Bakı Taxıl-2” ASC-yə məxsus heyvan kəsimi məntəqəsi)
17
Nərimanov rayonu
Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsi (“Qarabağ” mehmanxanasının söküntü sahəsindəki avtomobil dayanacağı
18
Əlyar Əliyev küçəsi 36a ("Təbriz" KM, Keşlə bazarı)
19
Suraxanı rayonu
Hövsan Qəsəbəsi, Hövsan-Türkan yolu (Ticarət Mərkəzinin qarşısı)
20
Yeni Günəşli V massivi ("Günəş" Ticarət Mərkəzi)
21
Xəzər rayonu
Qala qəsəbəsi Dəmiryol stansiyası (“Lambir” müəssisənin arxası)
22
Binə qəsəbəsi, "Öz Fermamızdan" MMC
23
Abşeron rayonu
"Səhliyalı" MMC,Xırdalan şəhəri Quşçuluq massivi
24
Zabrat yolu "Azmeat" ət kəsimi məntəqəsinin qarşısındakı sahə
25
Zabrat-Kürdaxanı şossesinin sağ tərəfi
26
Zabrat-Maştağa şosesi ("Kanal" marketin yanı)
27
Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72
28
Sabunçu rayonu
Nardaran qəsəbəsi, Mirzəfətəli Axundzadə küçəsi 107
29
Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 6 ("Sabunçu" mərasim evinin həyəti)
30
Ramana qəsəbəsi, Şuşa küçəsi
31
Bilgəh qəsəbəsi, Azərbaycan qadını küçəsi
32
Sabunçu rayonu, Zabrat qəsəbəsi "Azmeat" MMC
33
Kürdəxanı qəsəbəsi, Hüsü Hacıyev küçəsi 6
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət