Arsen Avakov: "Oğlumun korrupsiyada əli yoxdur"
20:30 31.10.2017
Arxiv
510
Ukrayna daxili işlər naziri Arsen Avakov oğlu Aleksandrın dövlət vəsaitlərinin israf olunması ilə əlaqəsinin olmadığını bildirib. APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, A.Avakov bu barədə "Facebook” səhifəsində bildirib.
"Nə oğlum, nə də onun təsisçi olduğu şirkətlər Ukrayna büdcəsindən bir qəpik belə götürməyib. Aleksandr Avakov proseduru keçərək, məhkəmədə bunu sübut edəcək”, - deyə A.Avakov bildirib.
Nazir həmçinin qeyd edib ki, ona təzyiq etmək məqsədilə yaranmış vəziyyətdən istifadə etmək, yaxud kimlərinsə siyasi ambisiyalarını piar etmək cəhdləri heç bir nəticə verməyəcək: "Ümid edirəm ki, adekvat məhkəmə prosesi hər şeyi öz yerinə qoyacaq”.
Qeyd edək ki, bundan əvvəl Aleksandr Avakovun ofisində axtarış keçirilib, daha sonra o saxlanılıb. Məlumata görə, DİN rəhbərinin oğlu xidməti səlahiyyətlərindən sui-istifadə edərək dövlət vəsaitlərinin israf etməkdə və ya mənimsəməkdə şübhəli bilinir. Söhbət 2015-ci ildə DİN üçün çantaların alınması ilə əlaqədar başlanan cinayət işindən gedir. Məhkəmənin sabah A.Avakov barəsində qətimkan tədbiri seçəcəyi gözlənilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə