Arvadını və körpəsini öldürən kişi ağladı: "Evdən qaçıb gedirdi"




Xəbər verdiyimiz kimi, Daşkəsəndə həyat yoldaşını və körpəsini qətlə yetirən şəxs saxlanılıb. Həmin kişinin görüntüləri yayılıb.

Sherg.az " ARB TV-yə istinadən xəbər verir ki, cinayəti etiraf edən Raqif Ələkbərov hadisə vaxtı ağır dərəcəli sərxoş olduğunu bildirib.

Həyat yoldaşını isə onun sözünə qulaq asmadığı üçün öldürdüyünü deyib:
.
"Sözümə baxmırdı. Bir dedim, iki dedim, üç dedim. Evdən qaçırdı. Qaçdığına görə, mən də məcbur olub araqdan içib o dərəcəyə çatdım ki, bunu vurum".

Raqif Ələkbərov rəsmi və qeyri rəsmi 6 dəfə ailəli olub. Əvvəllər də bir dəfə məhkumluq həyatı yaşayan şəxs yenidən qanun qarşısında cavab verəcək.