Arzu Nağıyev: "Rusiya mətbuatının ermənipərəst mövqeyini təccüblə qarşılamalı deyilik”





"Rusiya mətbuatının ermənipərəst mövqedə dayanmasını təccüblə qarşılamalı deyilik. Çünki İrəvan Moskvanın forpostudur". Bu sözləri sherg.az-a sabiq MTN əməkdaşı, siyasi analitik Arzu Nağıyev deyib. Onun sözlərinə görə, Rusiya media quruluşlarının əksəriyyəti ermənilər tərəfindən idarə olunur: " Erməni diasporası Rusiyanın aparıcı mətbuat orqanlarını ələ keçirib. Məhz buna görə də, Rusiya
KİV-i Ermənistan mətbuatına istinad edib, dezinformasiyalar yaymaqla məşğuldur. Deməzdim ki, Rusiya rəhbərliyi bunu dəstəkləyir. Amma təxribat xarakterli məlumatların da qarşısı alınmır. Bu da qeyd etdiyim kimi erməni diasporunun Rusiya mətbuatını idarə etməsindən irəli gəlir".
Ekpertin qənaətincə, Ermənistan rəhbərliyi anlayır ki, son proseslər onlar üçün müsbət sonluqla bitməyəcək: "Baxın, ABŞ- ın yüksək rütbəlilərinin- Co Bayden, Con Kerrinin Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi istiqamətindəki bəyanatları Ermənistanı və havadarını narahat edir".

Ayyət