Aşıqlar Birliyinin 3-cü mərhələsi başlayır
21:47 03.03.2016
Arxiv
1010
Nizami Cəfərov: “Məhərrəm Qasımlı aşıq ədəbiyyatını dərin bilən böyük ziyalılarımızdan biridir”
Azərbaycan Aşıqlar Birliyi İdarə Heyətinin mətbuata qapalı şəkildə keçirilən iclasında qurumun yeni sədri müəyyən edilib. Mərhum şair Zəlimxan Yaqubun dünyasını dəyişməsindən sonra Aşıqlar Birliyinə sədr vəzifəsinə Məhərrəm Qasımlı seçilib.
2008-ci ildən Azərbaycan Aşıqlar Birliyinin I katibi vəzifəsini icra edən Məhərrəm Qasımlı 1958-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin filologiya ixtisasını bitirib.
1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Ədəbiyyat institutunda elmi işlər üzrə direktor müavini təyin olunan sədr 1994-cü ildən "Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi hazırlayanlardandır. 1996-2002-ci illərdə institutun "Xaricdə Azərbaycan Ədəbiyyatı”, 2002-ci ildən "Şifahi xalq ədəbiyyatı” şöbəsinə rəhbərlik edir. 2003-cü ildən nəşr olunan "Folklor və etnoqrafiya” jurnalının baş redaktorudur.
M.Qasımlı 2008-ci ildə "Novruz” ensiklopediyasını hazırlayıb və onun elmi redaktorudur. 2010-cu ildə Türkiyədə "Ozan-aşık sanatı” adlı kitabı çap olunub. Aşıqlar Birliyinin yeni sədri Orxan Paşa təxəllüsü ilə şeirlər də yazır. "Sənə sözüm var” adlı kitabı 2004-cü ildə çap olunub.
"Şərq”ə açıqlamasında Məhərrəm Qasımlının Aşıqlar Birliyinə sədr seçilməsini alqışladığını deyən millət vəkili, akademik Nizami Cəfərov yeni sədrə fəaliyyətində uğurlar arzulayıb: "Məhərrəm Qasımlı aşıq ədəbiyyatını dərin bilən böyük ziyalılarımızdan biridir. Mərhum
şairimiz Zəlimxan Yaqubun sədrliyi dövründə o, müavin vəzifəsini icra edirdi və düşünürəm ki, idarəçilik sirlərini də böyük şairdən məharətlə mənimsəyib. Bundan sonra da Birliyin yeni fəaliyyətlərində daha müsbət dəyişikliklər olacağını gözləyirəm”.
Azərbaycan Aşıqlar Birliyinin əsasını Hüseyn Arifin qoyduğunu xatırladan N.Cəfərov Zəlimxan Yaqubun fəaliyyəti dövründə qurumun kifayət qədər yüksək səviyyəyə qalxaraq, önəmli işlərə imza atdığını vurğulayıb: "Artıq 3-cü mərhələ Məhərrəm Qasımlı ilə başlayır və bu mərhələnin də özünəməxsus uğurla davam edəcəyini əminliklə deyə bilərəm”.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou