Astara gömrüyündə 320 kq heroin aşkarlanıb





İran Astarası Gömrük İdarəsinin əməkdaşları keçid məntəqəsində 320 kiloqram heroin aşkarlayıblar.

Trend-in məlumatına görə, narkotik maddə ixrac üçün nəzərdə tutulan 65 tonluq sement paketlərində gizlədilibmiş.

Narko-ticarətçilər İran gömrüyünün xidməti axtarış itlərini yayındırmaq üçün yükü istiot və ədviyyatla qarışdırıblar.