Adil Qeybulla: "Hər zaman insanların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir"
"Aşura"da alınan qan banka yığılır
14:57 22.09.2018
Arxiv
818
Elvin Hacıyev: "Əslində aksiya zamanı toplanan qanın miqdarı o qədər də çox olmur"
Adil Qeybulla: "Hər zaman insanların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir"
Adil Qeybulla: "Hər zaman insanların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir"
Hər il Aşura günlərində Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları keçirilir. Toplanan qan insanların müalicəsinə sərf olunur. Qafqaz Müsəlmanları İdarəsindən də bildirilir ki, insanlar Aşura günlərində qanlarını boş yerə axıtmaqdansa, həmin qanı ehtiyacı olan insanlara yardım məqsədi ilə versinlər. Amma aksiyada verilən qanların bəzilərində müxtəlif xəstəliklərlə qarşılaşmaq da mümkündür. Buna görə də, mütəxəssislər hesab edir ki, verilən qanın bütün xüsusiyyətləri dəqiq araşdırılmalıdır.
Aşura günü keçirilmiş qanvermə aksiyasında 5539 nəfərin qan verdiyini deyən Səhiyyə Nazirliyinin B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyevanın sözlərinə görə, qanvermə aksiyası nəticəsində 2492,6 litr qan tədarük olunub.
Z.Əlimirzəyeva qeyd edib ki, tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev də "Şərq”ə açıqlamasında Aşura günü toplanan qanın hamısının qan bankında saxlanıldığını deyib: "Əslində aksiya zamanı toplanan qanın miqdarı o qədər də çox olmur. Sadəcə, rəqəmlə ifadə zamanı çox görünür. Toplanan qanın hamısı talassemiyalı və hemofiliyalı uşaqların müalicəsində istifadə olunur. Hansı ki, onların müalicəsi pulsuz olur və toplanan qanlar xəstəlikdən əziyyət çəkən uşaqlara köçürülür. Bir də hansısa xəstəxanaya qan lazım olanda mərkəzi qan bankına müraciət edilir və lazım olan qrup üzrə qan alırlar. Qan Bankı isə nazirliyin nəzarətindədir”.
Tibb elmləri doktoru Adil Qeybulla bildirib ki, Aşura günündə tədarük olunan qan ehtiyatı müxtəlif xəstəliklərdən əziyyət çəkənlərə köçürülür:
"Harada götürülməsindən asılı olmayaraq, qan sonra yoxlanılır. İlk növbədə qanda hansısa virusun olub-olmaması müəyyənləşdirilir. Ola bilər ki, insan bir aydır QİÇS və digər keçici xəstəliklərə yoluxub, onun qanı yoluxucudur. Yoxlama zamanı həmin şəxsin qanı neqativ göstərəcək. Çünki orqanizmin həmin mikrobu tanıması və onu qəbul etməsi üçün üç ay vaxt lazımdır. Hansısa virusa yoluxmuş insanın qanında xəstəlik 3 aydan sonra aşkar olunur".
Müxtəlif mərasimlərdə tədarük olunan qan ehtiyacı olan insanlara köçürülür:
"Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliya və talassemiyalı, həmçinin, qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunur".
A.Qeybullanın sözlərinə görə, qan ehtiyatı tükənə bilən olduğuna görə hər zaman insanların təmənnasız qan donorluğuna cəlb olunması mühüm amildir:
"Artıq neçə ildir respublikamızda talassemiya və eləcə də irsi qan xəstəliklərindən əziyyət çəkənlər üçün qanvermə aksiyaları keçirilir və ölkə ictimaiyyəti bu xeyriyyə aksiyalarında fəal iştirak edir.
Hər il Aşura mərasimlərində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə ölkə üzrə məscid və ibadətgahlarda, eyni zamanda Səhiyyə Nazirliyi və digər dövlət qurumları tərəfindən vaxtaşırı könüllü qanvermə aksiyaları təşkil edilir. Bu cür aksiyaların keçirilməsi ölkə əhalisinin sağlamlığı üçün vacibdir. Qan bankında saxlanan bu qanlar isə dövlət xəstəxanalarına pulsuz verilir. Ona görə də bu qanın satılması qanunla qadağandır”.
Şəymən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm