ATƏT sədri Vyana görüşünün nəticələrini alqışlayıb
11:34 01.04.2019
Arxiv
658
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya xarici işlər naziri Miroslav Layçak danışıqlarla bağlı konstruktiv atmosferi və hər iki liderin münaqişənin sülh yolu ilə həlli istiqamətinə gələcək addımlara sadiqliklərini alqışlayıb. ONA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, bu barədə ötən gün Bratislavada ATƏT sədri ilə Minsk qrupu həmsədrləri arasında keçirilən görüşdə vurğulanıb.
"Biz liderlərin atəşkəsi möhkəmləndirmək və humanitar sahədə addımlar atmağa dair liderlərin sadiq olmalarına dair açıqlamaları və prosesi pozitiv hesab edir və tam olaraq dəstəkləyirik”,- deyə M. Layçak bildirib.
Xatırladaq ki, martın 29-da Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ilk rəsmi görüş keçirilib. Görüşdə ATƏT-in Minsk qrupu həmsədrləri və Azərbaycan və Ermənistan xarici işlər nazirləri də iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi