Avropa Liqasında “Qarabağ” 1:0 hesablı qələbə qazanıb





Avropa Liqasında qrup mərhələsinin ikinci turunun oyunları reallaşıb. Təmsilçimiz "Qarabağ" doğma meydanda  "Anderlext"i qəbul edib.
İlk turda İngiltərə "Tottenhem"inə uduzmuş Qurban Qurbanovun komandası Riçard Almeydanın möhtəşəm qolu ilə 1:0 hesablı qələbə qazanıb.
"Qarabağ" turnir cədvəlində ikinci pilləyə yüksəlib.