Avropa yüz milyardlarla dollar itirir
07:39 19.07.2018
Arxiv
715
Ona görə daha ABŞ-ın hökmlərinə baş əymək niyyətində deyil
Avropa İttifaqı və Yaponiya ABŞ-ın qəbul etdiyi qərarlara qarşı ticarət müqaviləsi bağlayıb. Avropa tərəfi adından mərasimdə Avropa Komissiyasının prezidenti Jan-Klod Yunker və Avropa Şurasının prezidenti Donald Tusk, Yaponiyadan isə Baş nazir Sindzo Abe iştirak edib.
Tokioda bağlanılmış müqavilə tərəflər arasındakı ən böyük iqtisadi razılaşma sayılır. Yeni müqaviləyə əsasən, yapon mallarının tarifləri 90 faiz azalacaq. Buraya avtomobillər, elektron mallar, pendir, şərab və donuz əti kimi kənd təsərrüfatı malları daxildir. Dünya mətbuatı anlaşmanın böyük əhəmiyyətə malik olduğunu söyləməklə yanaşı, həm də ABŞ Prezidenti Donald Trampa qarşı atılmış addım kimi dəyərləndiriblər. Onların fikrincə, razılaşma mütəmadi olaraq Avropanı hədələyən Trampa vurulmuş iqtisadi "şillə”dir.
Dünya gündəmində geniş müzakirə olunan sazişlə bağlı "Şərq”ə danışan "Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Bayramlı deyib ki, son vaxtlar bir sıra ölkələr müxtəlif səviyyələrdə, ikitərəfli və çoxtərəfli razılaşmalarla əks tədbirlər görməyə çalışırlar. Çünki ABŞ digər ölkələrin iqtisadi maraqlarını ayaqlar altına ataraq, yalnız öz mənafeyini güdür. Bununla da digər ölkələrə zərər vurur:
"Misal üçün, ABŞ-ın siyasi hoqqalarına alət edilən Avropa ölkələri Rusiya və İranla iqtisadi tərəfdaşlığın azaldılmasından yüz milyardlarla dollar itirir. Eləcə də, dünya bazarında Amerikanı üstələmək potensialı güclü olan Yaponiyanı, həmçinin, artıq dünyanın birinci iqtisadiyyatına çevrilmiş və dünya bazarında üstünlüyü ələ almış Çini müxtəlif yollarla sıxışdırır. Ona görə də, Avropa, Rusiya,Yaponiya, Çin kimi böyük güclər özlərini qorumaq üçün müəyyən tədbirlər görməyə başlayıblar”.
İqtisadçının sözlərinə görə, ABŞ əlində alət etdiyi bir sıra beynəlxalq təşkilatlar, maliyyə institutları və birjalar vasitəsilə dünya bazarlarını və ticarət sistemini öz əlində saxlamağa çalışır:
"Ağ Ev rəhbərliyi öz ərazisində protektionist siyasət yeridir, lakin başqa ölkələri belə etməyəyə çağırır. Bu da bütün ölkələri qıcıqlandırır. Amerika xaricdən gətirilən bir çox məhsula görə böyük gömrük rüsumları tətbiq edir. Bu da həmin ölkələrin məhsullarının və şirkətlərinin Amerika bazarına çıxışını xeyli çətinləşdirir. Amma Amerika şirkətləri bütün ölkələrdə rahat işləyir və öz mallarını aşağı rüsumlarla həmin ölkələrə ixrac edirlər. Təbii ki, bu tip addımlar həm Avropanın, həm Yaponiyanın, həm də belə addımlar atan və atacaq digər ölkələrə fayda verəcək”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət