Avtobuslarda gediş haqqı dəyişməməlidir
06:45 28.02.2018
Arxiv
662
İctimai nəqliyyatda qiymətləri ancaq Tarif Şurası artıra bilər
Son günlər ictimai nəqliyyatda gediş haqqının artması ilə bağlı iddialar yayılıb. Sürücülər bahalaşmaya səbəb olaraq əvvəlki qiymətlərin sərf etmədiyini deyirlər. Halbuki son bir həftədə dizelin qiymətində hər hansı bir artım qeydə alınmayıb.
O zaman qiymət artımına səbəb nədir, həqiqətən də buna ehtiyac varmı?
İqtisadçı-ekspert Natiq Cəfərlinin "Şərq”ə açıqlamasına görə, ictimai nəqliyyatda qiymətlərin tənzimləyici orqanı dövlətdir. İqtisadçı bildirib ki, qiymətlərin Tarif Şurası tərəfindən tənzimləndiyi qanunlara uyğun qeyd olunub. Ona görə də hər hansı bir formada Tarif Şurasının qaydalarından kənar qiymət artımı həyata keçirilibsə, bu, qeyri-qanunidir:
"Qiymətlərin hansı əsaslarla artdığını söyləmək çətindir. Əgər Tarif Şurasının qaydalarından kənara çıxılıbsa, bu, qanun pozuntusudur və köhnə qiymətlərin geri qayıtması vacibdir. Ümumilikdə götürdükdə isə bir çox hallarda metropolitenin rəsmi şəxsləri və ictimai nəqliyyat sahəsində çalışanlar dəfələrlə deyiblər ki, sərnişindaşımanın maya dəyəri yüksəkdir. Buna görə də indiki qiymətlərə görə ziyanla işləyirlər. Metropolitenin ziyanla işlədiyi rəsmən Hesablama Palatasının apardığı yoxlamada təsdiqləndi. Bu nöqteyi-nəzərdən ola bilər ki, gələcəkdə Tarif Şurasına yenidən müraciətlər olunsun, metroda və ictimai nəqliyyatın digər sahələrində qiymət artımı ilə bağlı müəyyən qərarlar verilsin.
Azərbaycanda problem ondan ibarətdir ki, məsələləri çox sadə şəkildə həll etməyə çalışırlar, yəni, tək qiymətin artırılması yolu ilə əlavə qazanc əldə etməyi düşünürlər. Halbuki nəqliyyat sisteminin ödəniş kartları və abunəçilik vasitəsilə daha çox vəsait cəlb etmək imkanları var”.
Ekspertin sözlərinə görə, metro kartlarına bir illik olaraq ödəniş olunması sərnişinlər üçün əlverişlidir:
"Vətəndaş bir illik kart alırsa, bu, daha ucuz başa gəlir və qiymətdə udmuş olur. Amma birdən-birə minlərlə insan bir illik ödəniş edərkən metropolitenin hesabına çox böyük vəsait daxil olur ki, metropoliten bu vəsaiti problemlərini həll etmək üçün istifadə edə bilər. Bu sahədə çox çevik siyasətə ehtiyac var. Məsələn, tələbə biletləri və təqaüdçülər üçün ayrı kartlar ola bilər. Necə ki, Avropa ölkələrində nəqliyyat sistemi eyni kartla işləyir. Ölkəmizdə bu yanaşmalar çatışmır. Ancaq qiymətlərin artırılması yolu ilə rentabelliyin yüksəldilməsi haqqında düşünülür. Halbuki çox böyük imkanlarla nəqliyyat sahəsində hətta qiymət artmadan belə çevik siyasət yürüdərək əlavə qazanc əldə etmək mümkündür”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsindən 22 yaşlı gənc oğlanın meyiti tapılıb
17:33 17.09.2026
Hadisə
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub
17:01 17.09.2026
Gündəm
Azərbaycan gücü ilə haqlı olduğunu sübut etdi - Azər Həsrət
16:53 17.09.2026
Gündəm
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq