Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı

Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapılıb.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Bəşirli kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Əkbər Abbasovun kəndin yaxınlığındakı əkin sahəsində meyiti tapılıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.