AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb
21:50 03.03.2016
Arxiv
769
Nazirlər Kabineti "Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi haqqında” qərarında dəyişikliklər edib.
APA-nın məlumatına görə, dəyişiklik "Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) kollegial icra orqanı olan İdarə Heyətinin səlahiyyətləri ilə bağlıdır.
Dəyişikliyə əsasən AZAL İdarə Heyətinin səlahiyyəti azaldılıb. Bundan sonra İdarə Heyəti "Azərbaycan Hava Yolları” QSC-nin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri AZAL-ın aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin (müstəqil auditorun rəyi əlavə olunmaqla) bağlanılması haqqında qərarın qəbul edilməsi üçün Dövlət Mülki Aviasiya Administrasiyasına müraciət etməlidir. İdarə Heyəti aidiyyəti şəxslə dəyəri "AZAL-ın aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanılması haqqında isə qərar qəbul etmək səlahiyyətində olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm
CNN: Tramp seçkilərdə ən pis ssenarinin mümkünlüyünü etiraf edib
08:20 04.11.2026
Aktual
Böyrək xərçəngi yaradan – Hər gün yediyimiz 2 qida
07:17 04.11.2026
Sağlamlıq
"Sabah"ın baş məşqçisi "Vikinq"lə oyunöncəsi danışdı
06:44 04.11.2026
Futbol
Britaniya Avropa İttifaqı ilə yeni razılaşmaya hazırlaşır
06:17 04.11.2026
Dünya
Tramp demokratlara veto ilə hədə-qorxu gəldi
05:32 04.11.2026
Dünya
Billi Ayliş “Spotify”da rekord qırır
05:25 04.11.2026
Şou