
“AZAL”-ın 3 saat əvvəl qeydiyyat tələbi başadüşüləndir
19:51 05.07.2016
Arxiv
1023
“Gələnləri qarşılayanlar, yola salanlar üçün də ayrıca yerlər təşkil etmək lazımdır”

"Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Bakıdan uçan sərnişinlərə uçuş vaxtına 3 saat qalmış qeydiyyat masalarına yaxınlaşmağı tövsiyə edib. AZAL bunu yay tətili mövsümünün başlanması və yüklənmənin artması, həmçinin təhlükəsizlik tədbirlərinin gücləndirilməsi ilə əlaqələndirib. Son günlər dünyada və yaxın qonşularımızda baş vermiş terror hadisələri diqqətə alınarsa, AZAL-ın təhlükəsizlik tədbirlərini gücləndirməsi tamamilə başadüşüləndir və təqdir olunasıdır.
Amma işin problemli tərəfləri də var. Təyyarə xidmətlərindən ömründə bircə dəfə də olsa istifadə etmiş şəxs bilir ki, uçuşlar adətən gecikir. Bəzən saatlarla. Sərnişinlər hava limanının yolunu nəzərə alıb onsuz da evdən bir-iki saat əvvəl çıxırlar. AZAL sərnişinlərə uçuş vaxtından 3 saat əvvəl gəlməyi tövsiyə edirsə, deməli, azı 6 saatın hava limanına həsr olunacağını gözardı etməlisən. Bütün bunlara tab gətirmək olardı, yenə də bəzi problemli məqamlar ortaya çıxmasaydı. Məsələn, əlində uçuş bileti olanların pasport və biletlərinin beynəlxalq terminalın çölündə yoxlanması kimi. Hazırda havaların isti keçməsi nəzərə alınarsa, sərnişinlər günün altında saatlarla dayanmalı olurlar və bu da təbii narazılıqlar yaradır. Bundan başqa, qohum-əqrəbasını, yaxınını qarşılamağa, yaxud yola salmağa gələnlərin terminalın ərazisinə daxil olmasının yasaqlanması da insanları narazı salır.
AZAL-ın sabiq prezidenti Ədalət Əliyev "Şərq”ə açıqlamasında "Azərbaycan Hava Yolları” QSC-nin təhlükəsizlik tədbirlərini gücləndirməsini vacib addım saydığını dedi:
- Hazırda bütün dünya ölkələri mümkün təhlükələrin önlənməsinə çalışır. Bu baxımdan AZAL təhlükəsizlik üçün hansı addımı atırsa, düzgündür. Hazırkı şərait faktiki fövqəladə vəziyyət hesab edilir. Ona görə sərnişinlər uçuşdan 3 saat əvvəl hava limanına gəlmək tələbini anlayışla qarşılamalıdırlar, çünki bu, ilk növbədə məhz onların təhlükəsizliyi baxımından atılan addımdır. Əvvəllər qeydiyyat keçmək müddəti 2 saat idi. İndi 3 saatadək artırıblar. Burada, narahatlıq doğuran bir iş olmamalıdır. Amma Türkiyədə hələ də 2 saat intervalı saxlanılır. Doğrudur, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında hər cür müasir avadanlıqlar, yoxlama qurğuları var. Ancaq bu da mümkündür ki, sıxlıq zamanı yerli personal sərnişinlərə, yüklərə baxış keçirilməsini 100 faiz çatdıra bilməsin. Qurğulara, avadanlıqlara da insanlar nəzarət edir. İnsan faktoru nəzərdən qaçmamalıdır. Amma hava limanının əməkdaşları hazırkı şəraitdə xüsusilə səbrli, nəzakətli olmalıdırlar ki, sərnişinləri razı salsınlar.
Ə.Əliyev bildirdi ki, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi digər məsələlərə də diqqət ayrılmasını tələb edir:
- Əgər sərnişinlərin terminalın ərazisinə daxil olması sənədlərinin yoxlanması səbəbindən ləngiyirsə, bu halda orada kölgəlik yaradılmalıdır, çətirlər quraşdırılmalıdır ki, insanlar gəlib günün altında dayanmasın. Gələnləri qarşılayanlar, yola salanlar üçün də ayrıca yerlər təşkil etmək lazımdır, havanın istisində kimsə su içə, əyləşə bilsin. Yəni, tədbirlər görülürsə, kompleks yanaşma olmalıdır. İnsanlara şərait yaradılmalıdır ki, hava limanının xidmətlərindən sərbəst istifadə etsinlər.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hakan Fidan Marko Rubio ilə görüşdü
04:14 31.10.2026
Gündəm
Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır
03:33 31.10.2026
Sağlamlıq
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol