AZAL: İyulun 5-dək Türkiyəyə bilet almış sərnişinlər terror aktı ilə əlaqədar onu qaytara bilər





 İstanbulun Atatürk hava limanında baş verən terror aktı ilə əlaqədar "Azərbaycan Hava Yolları" (AZAL) iyul ayının 5-ə qədər öncədən aviabilet əldə etmiş sərnişinlərinə həmin biletləri qaytarmaq və ya dəyişdirmək imkanı yaradıb. Bu barədə "APA-Economics"ə AZAL-dan məlumat verilib.
"Sərnişinlərin rahatlığını düşünərək, "Azərbaycan Hava Yolları”nın 5 iyul 2016-cı il tarixinə qədər Türkiyə istiqamətindəki uçuşlarına öncədən aviabiletlər əldə etmiş sərnişinlər (onların istəkləri əsasında) həmin aviabiletləri 15 iyul 2016-cı il tarixinə kimi, istədikləri tarixlərə pulsuz dəyişdirə və ya bu aviabiletləri cəriməsiz qaytara bilərlər", - deyə məlumatda bildirilir.