"Azərbaycan 20 il silahlandı, bizdə isə talanla məşğul oldular" - Keçmiş erməni döyüşçü
14:42 16.05.2016
Arxiv
533
Qarabağda Azərbaycana qarşı döyüşlərdə iştirak etmiş "Sasun” dəstəsinin keçmiş üzvü Arşavir Bozinyan cəbhədə baş verən son döyüş toqquşmalarında Azərbaycanın üstünlük əldə etdiyini etiraf edib.
APA-nın "hraparak.am"a istinadən verdiyi məlumata görə, o, Azərbaycan kəşfiyyatının yaxşı işlədiyini xüsusi qeyd edib: "Azərbaycan kəşfiyyatı yaxşı çalışıb. Onlar bizim hazır olduğumuzu, yaxşı silahlandığımızı bilsəydilər, belə addım atmazdılar. 20 il ərzində düşmən silahlandı, hazırlaşdı, bizdə isə talanla məşğul oldular. Azərbaycanın silahlandığı barədə dəfələrlə deyilib. Atəşkəs olsa da, müharibə başa çatmayıb. Hər an müharibəyə hazır olmaq lazımdı".
O, aprelin əvvəllərində erməni tərəfinin 18 post itirməsinə də münasibət bildirib: "Bu gün hər postda 4-5 əsgər dayanır. Postlarımızda daha çox əsgər dayanmalıdır. Ötən illər ərzində çoxları Ermənistanı tərk edib, doğuşların sayı azalıb. Bizim həm də kifayət qədər texnikamız yoxdur. Müqavimət göstərməyə hazır olmalıyıq. Ordu güclənməli, sonra dövlətlər danışıqlar masasına oturmalıdır. Əsgər silah haqqında düşünməli deyil. Hərbi təlimlər keçirilməlidir ki, insanlar müharibəyə gözü bağlı getməsinlər. Hərbçi yeni silahlar barədə məlumatlı olmalıdır. Biz əsgərin həyatını qiymətləndirməliyik”.
A. Bozinyan 1994-cü il mayın 12-də imzalanmış atəşkəs razılaşması haqqında da danışıb: "Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını həmin vaxt tələb etməliydik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə