Azərbaycan hərbçilərinin iştirak etdiyi “Dəniz kuboku” start götürür
08:28 25.08.2021
Arxiv
529
“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində İran İslam Respublikasının Ənzəli şəhərində keçirilən “Dəniz kuboku” müsabiqəsinin təntənəli açılış mərasimi keçirilib.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Mərasimdə iştirakçı ölkələrin nümayəndə heyətləri, hərbi attaşelər, kütləvi informasiya vasitələrinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Beynəlxalq Ordu Oyunlarının və “Dəniz kuboku” müsabiqəsinin bayraqları meydana gətirilib.
Çıxış edənlər "Dəniz kuboku" müsabiqəsinin əhəmiyyətini yüksək qiymətləndirib, Xəzəryanı ölkələr arasında əməkdaşlığın inkişafındakı rolundan danışıblar.
İran İslam Respublikasının Hərbi Dəniz Qüvvələri komandanının müavini admiral Həmzə Kavyani mərasim iştirakçılarını və qonaqları salamlayaraq "Dəniz kuboku" müsabiqəsinin hərbi əməkdaşlığın, hərbçilər arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və peşəkarlığın daha da artırılması məqsədilə təşkil olunduğunu vurğulayıb, iştirakçı komandalara uğurlar arzulayıb.
Sonda "Dəniz kuboku" müsabiqəsinin iştirakçılarının hərbi orkestrin müşayiəti ilə təntənəli keçidi olub.
Sentyabrın 4-dək davam edəcək müsabiqədə hərbi dənizçilər “Artilleriya atışlarının yerinə yetirilməsi”, “Gəminin dayanıqlığı uğrunda mübarizə və xilasetmə hazırlığı” və “Dəniz hazırlığı” mərhələlərində mübarizə aparacaqlaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi
Azərbaycan XİN Milli Günü münasibətilə Əlcəzairi təbrik etdi
11:11 01.11.2026
Gündəm
Tramp və Netanyahu arasında telefon danışığı olub
10:52 01.11.2026
Dünya
Uşaqlarda qulaq ağrısını kiçik saymayın: İltihabının əlamətləri
10:15 01.11.2026
Sağlamlıq
Tramp Avropadakı iğtişaşlarla bağlı diqqətçəkən paylaşım edib
09:56 01.11.2026
Dünya
Səfir: Danimarka ABŞ üçün internet trafikini ələ keçirir
09:21 01.11.2026
Dünya
Avropanı bürüyən "YANĞIN" Trampı narahat etdi
09:09 01.11.2026
Gündəm
"Substansiya" filminin ulduzu üç illik evliliyini bitirir
08:53 01.11.2026
Şou
Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır
08:34 01.11.2026
Sağlamlıq
Kimin evində varsa, bəxti gətirdi
08:07 01.11.2026
Ölkə