"Azərbaycan məsuliyyətli ölkədir" - Dünya Neft Şurasının sədri
14:41 10.07.2017
Arxiv
577
"Azərbaycan investisiyalarına da, təbii qaz ixracatına məsuliyyətlə yanaşır”.
APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu Dünya Neft Şurasının sədri Cozef Tot deyib.
Avropanın qaz tədarükçüsü kimi Azərbaycanın roluna toxunan C.Tot deyib ki, ölkəmiz müqavilə şərtlərinə məsuliyyətlə yanaşır və yerinə yetirir.
"Azərbaycanla bağlı dərin məlumatlarım var. XXII Dünya Neft Konqresində iştirak edən nümayəndələr ilə qısa fikir mübadiləsi aparmışıq. Prezident İlham Əliyevin çıxışından da gördüm ki, Azərbaycan bütün investisiyalarına və tədarük müqavilələrinə məsuliyyətli şəkildə əməl edir. Azərbaycan ixracatçı və tranzit ölkələrin çox sabit olmasının vacibliyini yaxşı başa düşür.
Bir tərəfdən investisiyaların, digər tərəfdən isə tranzit keçidlərin təhlükəsiz olması üçün hökumətlərin sabitliyi lazımdır. Prezident İlham Əliyev Avropa ölkələrinə təbii qaz ixrac etmək sahəsində Azərbaycanın yeni bir mənbə olduğunu deyib. Söhbət kəmərlə ixrac edilən qazdan gedir.
Enerji və kəmərlə ixrac edilən qaz arasında fərq var. Azərbaycan qazı Avropa üçün fərqli bir mənbədir. Burada ən mühüm məsələ məsuliyyətdir və Azərbaycan bu işlərə böyük məsuliyyətlə yanaşır”, - deyə o bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xanımına tərəf müqabili ilə xəyanət etdiyi iddia olundu
02:12 15.04.2026
Şou
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya