Azərbaycan prezidenti ABŞ-ın milli bayramı münasibəti ilə Barak Obamanı təbrik edib
20:05 03.07.2014
Arxiv
363
Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obamanı ölkəsinin milli bayramı münasibəti ilə təbrik edib.
Dövlət başçısının təbrik məktubunda deyilir:
"Hörmətli cənab prezident, Amerika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə sizə və sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram. Biz Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərə xüsusi əhəmiyyət veririk. Bu münasibətlər müstəqillik qazandığımız vaxtdan bu günədək böyük inkişaf yolu keçib, bir sıra sahələrdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.
Azərbaycanın gerçəkləşdirdiyi irimiqyaslı enerji layihələrində, beynəlxalq təhlükəsizliyin təmin edilməsində, terrorizmə qarşı mübarizədə, NATO-nun Əfqanıstandakı sülhyaratma missiyasında birgə iştirakımız tərəfdaşlığımızın mühüm istiqamətlərindəndir.
Biz, eyni zamanda, xalqımızın uzun müddətdən bəri həllini gözləyən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılması, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsi, qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş bir milyondan çox soydaşımızın doğma yurd-yuvasına qaytarılması üçün ATƏT-in Minsk Qrupunun həmsədri olan ABŞ-ın və şəxsən sizin, cənab prezident, səylərinizə böyük ümidlər bəsləyirik. Bu xoş gündə sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
00:00 16.06.2026
Dünya
Yekun razılaşma formalaşdırılmayıb - Pezeşkian
23:38 15.06.2026
Region
ABŞ Yaxın Şərqdəki qüvvələrini azaltmayacaq - KİV
22:59 15.06.2026
Dünya
Tramp: İranla münaqişədən sonra ABŞ Ukraynaya fokuslanacaq
22:41 15.06.2026
Dünya
Ağdamda 50 yaşlı kişi arı sancmasından şoka düşüb
22:00 15.06.2026
Hadisə
Tramp: İyunun 19-da Hörmüz boğazı tam açılacaq
21:44 15.06.2026
Gündəm
Tramp, Vens və Qalibaf sazişi imzaladılar
20:44 15.06.2026
Dünya
SSRİ Avropaya sülh və sabitlik bəxş etdi - Patruşev
20:14 15.06.2026
Dünya
Vens: İran öhdəliklərini yerinə yetirmədən pul almayacaq
19:24 15.06.2026
Dünya
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
18:28 15.06.2026
İqtisadiyyat
Hörmüz boğazından neft daşıyan gəmilərin hərəkəti bərpa olunub
18:02 15.06.2026
Gündəm
Azərbaycan müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib
17:49 15.06.2026
Hərbi
ABŞ-İran memorandumunun imzalanması ilə bağlı qərar gözlənilir
17:10 15.06.2026
Gündəm
Rusiyada seçkilər zamanı internet söndürüləcək
16:34 15.06.2026
Region