“Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir” - Nazir
15:43 22.05.2019
Arxiv
631
"Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələr daha da inkişaf edir”.
Bu sözləri Böyük Britaniyanın Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberi ONA-nın London bürosuna verdiyi müsahibədə deyib. O, iki ölkə arasında illərdir ki, yaxın və sıx əlaqələrin olduğunu qeyd edib.
"Biz bilirik ki, neft və qaz sektoru iki ölkə arasındakı iqtisadi əlaqələr üçün xüsusi əhəmiyyət kəsb edir. BP Azərbaycanda uzun müddətdir ki, fəaliyyət göstərir və Azərbaycan və Böyük Britaniya hökumətləri birgə çoxlu işlər görüb. Azərbaycan hökuməti tərəfindən iqtisadiyyatın şaxələndirilməsi üçün böyük bir istək var. Hazırda isə turizm, balaca və orta bizneslər, kənd təsərrüfatı, mədəni sahələrdə mübadilə, külək enerjisi kimi davamlı enerji sahələrində iqtisadi əlaqələrin şaxələndirilməsi üzrə işlər görülür. Böyük Britaniya da iki ölkə arasındakı bu tərəfdaşlığa çox maraqlıdır”.
Corc Hollinqberi iki ölkə arasında əlaqələrin gücləndirilməsi üçün daha da çox işlər görülə biləcəyini deyib.
"Düşünürəm ki, bunun üçün iki tərəfin də marağı böyükdür və mən əlaqələrin daha da gücləndiyini görürəm”.
Britaniyalı nazir ölkəmizin "Formula 1" kimi beynəlxalq yarışlara ev sahibliyi etdiyini xatırladaraq iki ölkə arasındakı idman əlaqələrinin əhəmiyyətindən danışıb. O, Azərbaycanda növbəti həftə baş tutacaq "Arsenal” və "Çelsi” arasındakı qarşılaşma üçün bir çox Arsenal azarkeşinin Azərbaycana səyahət edəcəyini, bunun qarşılıqlı əlaqələrin inkişafı üçün yaxşı göstərici olduğunu qeyd edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət