Azərbaycan və Rusiya arasında pul köçürmələrinin həcmi azalıb




2016-cı ilin IV rübündə fiziki şəxslər tərəfindən pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında transsərhəd pulköçürmələrin həcmi 149 mln. dollar təşkil edib.
"APA-Economics” Rusiyanın Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 2015-ci ilin IV rübü ilə müqayisədə 32 mln. ABŞ dolları və ya 17,68% azdır.

Ötən ilin IV rübünü III rübü ilə müqayisə edəndə məlum olur ki, oktyabr-dekabr aylarında pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 5 mln. ABŞ dolları və ya 3,25%-lik azalma olub. Ümumiyyətlə, ötən ilin II rübü ilə müqayisədə, III rübündə pul köçürmə sistemləri vasitəsilə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmində 5 mln. ABŞ dolları və ya 3,14%-lik azalma olub. 2016-cı ilin I rübü ilə müqayisədə isə II rübdə bu göstərici 55 mln. ABŞ dolları və ya 52,88%-lik artım olub. Ötən ilin son rübü ilə I rübü ilə müqayisə edəndə isə şimal qonşumuzdan ölkəmizə pul köçürmələrin həcmində 45 mln. dollar və ya 43,27% artımın müşahidə olunduğunu görərik. Xatırladaq ki, 2016-cı ildə Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi I rübdə 104 mln. dollar idisə, II rübdə 159 mln. dollar, III rübdə 154 mln. dollar olub. Göründüyü kimi, ötən il Rusiya və Azərbaycan arasında pul köçürmələrin həcmi daha çox III rübdə, ən az isə I rübdə olub.