Azərbaycan vətəndaşlarına “ASAN Viza”lar veriləcək
08:02 01.03.2018
Arxiv
987
"Azərbaycan vətəndaşlarına "ASAN xidmət" mərkəzləri tərəfindən viza verilməsi üçün "ASAN Viza" - 2 konsepsiyası hazırlanıb".
APA-nın xəbərinə görə, bunu Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib.
"Hazırda biz müvafiq qurumlarla danışıqlar aparırıq. Pilot layihə çərçivəsində bir neçə səfirliklə əməkdaşlıq əlaqəsi qurulacaq. Əməkdaşlıq qurulduqdan sonra Azərbaycan vətəndaşları daha rahat formada istədikləri ölkəyə viza əldə edə biləcəklər. Hələ danışıqlar gedir. Danışıqlar yekunlaşandan sonra konkret zaman müəyyən olunacaq", - deyə Dövlət Agentliyinin sədri bildirib.
Qeyd edək ki, hazırda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər "ASAN Viza” sistemi vasitəsilə qeyri-iş və bayram günlərindən asılı olmayaraq, elektron vizaların 3 saat ərzində alınması üçün müraciət edə bilərlər.
"ASAN Viza” sistemi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 1 iyun tarixli 923 saylı "Elektron vizaların verilməsi prosedurunun sadələşdirilməsi və "ASAN Viza” sisteminin yaradılması haqqında” Fərmanı ilə yaradılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq
Paşinyan rus dili kursuna gedir
13:06 17.09.2026
Region
Prezident və birinci xanım Şamaxı rayonuna səfər ediblər
13:05 17.09.2026
Gündəm
Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb
13:02 17.09.2026
Aktual