Azərbaycan yollarında şənbə günü: 3 ölü, 12 yaralı




Dünən Azərbaycanda baş vermiş yol qəzalarında 3 nəfər həyatını itirib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a bildirilib ki, şənbə günü Respublika yollarında ümumilikdə 13 yol-nəqliyyat hdisəsi baş verib. Nəticədə daha 12 nəfər də müxtəlif dərəcəli xəsarətlər alıb.
Ölümlə nəticələnən qəzalar Ağstafa, Şəmkir və Salyan rayonlarında qeydə alınıb.
Hər bir faktla bağlı araşdırma aparılır.