Azərbaycanda 90 min şagird rusca təhsil alır
09:34 28.11.2016
Arxiv
422
Azərbaycan və Rusiya arasında təhsil və elm sahəsində əməkdaşlığın vəziyyəti və perspektivləri Bakıda keçirilən "Elm, təhsil və mədəniyyət sahəsində Azərbaycan-Rusiya əməkdaşlığının vəziyyəti və perspektivləri” konfransında müzakirə olunub.
Modern.az xəbər verir ki, Rusiya təhsil naziri Olqa Vasilyevanın səfəri vaxtına salınmış konfransda hər iki ölkənin ali təhsil müəssisələrinin rektorları iştirak edib.
Konfransın açılış mərasimində çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov ölkədə rus dili və ədəbiyyatının tədrisinə böyük diqqət ayrıldığını deyib.
"Ölkənin ümumtədris məktəblərində 90 min şagird rus dilində təhsil alır. Son illərdə Bakıda hökumətin dəstəyi ilə Rusiyanın iki nüfuzlu ali təhsil müəssisəsinin – Moskva Dövlət Universitetinin və Seçenov adına Tibb universitetinin filialları açılıb”.
Rusiyanın təhsil naziri O.Vasilyeva Rusiyanın Azərbaycanla təhsil sahəsində əməkdaşlıqda maraqlı olduğunu qeyd edib. O, 2016-cı ildə Azərbaycanda rus dili öyrənmək istəyənlərin sayının 5 faiz artdığını qeyd edərək bunu müsbət hal adlandırıb.
Konfransın açılış mərasimində Azərbaycan Prezident Administrasiyasının humanitar siyasət şöbəsinin sədri Fatma Abdullazadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, AMEA-nın prezidenti Akif Əlizadə iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
16:04 09.10.2026
Gündəm
“Türkmənistan üçün Azərbaycan Qərbə açılan qapıdır” - Azər Həsrət
15:11 09.10.2026
Siyasət
Türkiyədə Beynəlxalq Nəsimi Simpoziumu keçiriləcək
15:10 09.10.2026
Mədəniyyət
Xəzərin xilası tək bir ölkənin gücü ilə mümkün deyil
14:52 09.10.2026
Aktual
Yunanıstan ABŞ-dən milyardlıq silah alacaq
14:47 09.10.2026
Dünya
Prezident İlham Əliyev Məsud Pezeşkianla görüşüb - YENİLƏNİB
14:42 09.10.2026
Gündəm
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
14:42 09.10.2026
Gündəm
Azərbaycan-Türkmənistan ittifaqı yeni güc mərkəzi yaradır - TƏHLİL
14:38 09.10.2026
Gündəm
NATO İtaliyada nüvə təlimlərinə başlayacaq
14:16 09.10.2026
Dünya
Cari ilin 9 ayında velosiped qəzalarında 9 nəfər ölüb
13:51 09.10.2026
İnfrastruktur
İrana yeni hücum planı Trampa təqdim edildi
13:29 09.10.2026
Gündəm
Nobel Sülh mükafatı laureatı məlum oldu
13:16 09.10.2026
Dünya
Sabah Bakıya fasilələrlə yağış yağacaq
12:51 09.10.2026
Ekologiya