"Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır. Tərəflərə ilk əvvəl 3 ay vaxt verilir, barışıq olmadığı təqdirdə qanuna uyğun boşanma aparılır. Əgər belə bir qanun Azərbaycanda tətbiq edilərsə, xəyanəti sübut etmək lazım gələcək. Bunun üçün gizli çəkiliş, foto və ya videolar, internet mesajlar, telefon danışıqları olmalıdır. Bizdə isə şəxsin icazəsi olmadan şəkilini çəkmək, yaymaq qadağandır.
Azərbaycanda da ər-arvadın xəyanətinə görə cinayət məsuliyyəti tətbiq etmək olarmı ? - Açıqlama
12:22 28.02.2018
Arxiv
2367
"Türkiyədə zina səbəbiylə boşanma davaları açılırdı və xəyanətlə üzləşən tərəf yüksək məbləğdə təzminat alırdı”.
Bunu "Sherg.az”a Türkiyədə ər-arvadın xəyanətinə görə, cəza nəzərdə tutan qanunun yenidən bərpasından danışarkən vəkil İradə Cavadova deyib.
O bildirib ki, ölkəmizdə boşanmalarda xəyanət motivinin nəzərə alınması qanuna görə mümkün deyil:
"Ümumiyyətlə, bizdə boşanma halları çox rahat şəkildə aparılır. Tərəflərə ilk əvvəl 3 ay vaxt verilir, barışıq olmadığı təqdirdə qanuna uyğun boşanma aparılır. Əgər belə bir qanun Azərbaycanda tətbiq edilərsə, xəyanəti sübut etmək lazım gələcək. Bunun üçün gizli çəkiliş, foto və ya videolar, internet mesajlar, telefon danışıqları olmalıdır. Bizdə isə şəxsin icazəsi olmadan şəkilini çəkmək, yaymaq qadağandır.Vəkil olaraq, bizə də müraciət olunur və şikayətçilər xəyanətlə üzləşdiyini, bununla bağlı hansısa tələb qoyub, qoya bilməyəcəyini soruşur. Qanunvericilikdə belə müddəa yoxdur. Belə fakt varsa, bunu sübut etmək də çətindir.
Çox olur ki, qadın xəyanətlə qarşılaşdığına görə, məhkəməyə müraciət edir, boşanmaq istəyir. Elə qadınlar var, hətta öz evində həyat yoldaşını başqa qadınla görür. Kişilər isə deyir, "Mən kişi xeylağıyam, başqa qadınla ola bilərəm, qadın normal qəbul etməlidir”. Təəssüf edirəm ki, belə hallara tez-tez rast gəlinir. Halbuki qadın ərinə xəyanət edərsə, kişi qəti şəkildə onu tənqid edir, evli qalmağı rədd edir.
Təbii ki, qadın da xəyanət etməməlidir. Amma necə ki, qadın və kişi bərabərhüquqludur, mentalitet faktorunu da nəzərə almaq şərtilə ailədə belə məsələlərə diqqət edilməlidir. Kişi öz ailəsinə xəyanət etməməlidir, istədiyi həyat tərzini keçirib, diskotekalarda, istədiyi qadınlarla şəkil çəkdirib, "Facebook”a qoyub, qadınını aşağılamamalıdır. Cəmiyyətin bu psixologiyasını dəyişmək üçün qanunvericiliyə müddəalar əlavə oluna bilər”.
Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, qanunun bərpası ilə bağlı məsələyə yenidən baxmaq və ər-arvadın xəyanətinə görə cinayət məsuliyyəti tətbiq etmək lazımdır. 2004-cü ildə qanunun bərpası parlamentin gündəmində olsa da, Ankara Avropa İttifaqının standartlarına cavab vermək üçün bu ideyadan danışıb. Bundan əvvəl Türkiyədə xəyanətə görə ər və ya arvad 3 ilədək müddətə həbs olunurdu.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Goranboyda əkin sahəsində 22 yaşlı şəxsin meyiti tapıldı
16:42 17.09.2026
Hadisə
100 yaşdan yuxarı insanların sayı 100 mini keçdi - Rekord
16:39 17.09.2026
Maraqlı
Tom Barrak: Ərdoğan və Tramp Nyu-Yorkda görüşəcək
16:33 17.09.2026
Gündəm
Şavkat Mirziyoyev gələn ay Azərbaycana gələcək
16:18 17.09.2026
Gündəm
Ərdoğanın prezidentliyə namizədliyi sonuncu dəfə irəli sürüləcək
16:14 17.09.2026
Gündəm
Azərbaycanda DSK-lar yenidən formalaşdırılır
16:12 17.09.2026
Gündəm
Babiş: Qorxuram, dünya cəhənnəmin qapılarına yaxınlaşır
16:03 17.09.2026
Dünya
Şoyqu Ermənistana müdaxilə xəbərdarlığı etdi
15:57 17.09.2026
Dünya
Xalq artisti Şükufə Yusupova xəstəxanadan evə buraxılıb
14:45 17.09.2026
Mədəniyyət
Vərəmlə bağlı ictimai dinləmə keçiriləcək
14:25 17.09.2026
Sağlamlıq