AZƏRBAYCANDA QƏRİBƏ OLAY - 33 yaşlı qadın 77 yaşlı mollanı şantaj edib





Masallı rayonunda qadın tərəfindən şantaj edilən 77 yaşlı kişinin molla olduğu üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Ə.Hüseynov Masallıda tanınmış mollalardandır. Onu şantaj edən A.Şahbazovaya gəlincə, onun 33 yaşı var və bir müddət əvvəl Ə.Hüseynovla tanış olub.
Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Ə.Hüseynov özü polisə müraciət edərək qadın tanışı tərəfindən şantaj edildiyini bildirib.
*****
Masallı rayonunda kişini şantaj edən qadın tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində mayın 16-da rayon sakini 77 yaşlı Ə.Hüseynov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 1400 manat pul almış Cəlilabad rayon sakini A.Şahbazova tutulub.