Azərbaycanda silahlı insident, kənd sakini güllələndi
10:19 16.05.2016
Arxiv
492
Onların arasındakı mübahisə otlaq sahəsindəki otun biçimi ilə bağlı yaranıb
Göyçay rayonunda güllələnmə hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Alıkənd kənd sakini 1966-cı il təvəllüdlü Raqif Məmmədov münaqişə zəminində ov tüfəngindən açdığı atəşlə həmkəndlisi 1986-cı il təvəllüdlü Nurlan Məmmədova xəsarət yetirib və hadisə yerini tərk edib. Güllə yarası alan 30 yaşlı N. Məmmədov dərhal rayon mərkəzi xəstəxanasına çatdırılıb və edilən tibbi yardımlar nəticəsində onun həyatını xilas etmək mümkün olub.
Göyçay rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Məmmədov tutulub və hadisə törədilərkən istifadə edilən müvafiq sənədi olmayan İJ-17 markalı ov tüfəngi götürülüb.
Onların arasındakı mübahisə otlaq sahəsindəki otun biçimi ilə bağlı yaranıb.
Faktla bağlı Göyçayda cinayət işi açılıb, araşdırma aparılır.
Bənzər hadisə bir müddət əvvəl Ağdaş rayonunda da qeydə alınıb. Rayonun Hacılı kəndində kənd sakini, 1999-cu il təvəllüdlü Emin Zəkəriyyə oğlu Həsənov atasına məxsus ov tüfəngindən atəş açaraq qohumu 1993-cü il təvəllüdlü Pünhan Sadiq oğlu Həsənovu güllələyib.
Hadisənin ehtiyatsızlıq səbəbindən baş verdiyi bildirilirdi.
Ağdaş RPŞ əməkdaşları tərəfindən E.Həsənovdan "TOZ-16” markalı ov tüfəngi götürülüb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm