Azərbaycanda tələbə oğlan küçədə öldürüldü- ADI AÇIQLANDI




Bu gün Ağdaşda öldürülən yeniyetmənin adı məlum olub. Ağdaş Dövlət Humanitar Kollecindən Lent.az-a verilən məlumata görə, qətlə yetirilən şəxs kollecin 2-ci kurs tələbəsi Ətraf Nəsibovdur. O, bu gün saat 10:00 radələrində bıçaqlanıb və hadisə kollecin ərazisindən kənarda baş verib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

******

10:59

Ağdaşda qətl hadisəsi baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün 10.30 radələrində Ağdaş şəhərindəki Bəkir Nəbiyev küçəsində, mərkəzi poçtun qarşısında qeydə alınıb.

16-17 yaşlarında olan oğlanın ürəyindən bıçaqlanaraq öldürüldüyü bildirilir.

Onun meyiti müayinə olunmaq üçün Ağdaş morquna aparılıb.

Faktla bağlı araşdırma aparılır. Ölən və hadisəni törədənin kimliyi hələlik məlum deyil.