"Azərbaycanda unikal dövlət-din münasibətləri modeli var"
12:28 06.03.2019
Arxiv
629
"Ölkəmizdə unikal dövlət-din münasibətləri modeli var. Bu münasibətlər Prezidentin qayğısı ilə əhatə olunub”.
Bu sözləri "Sherg.az”a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, ilahiyyatçı Hacı Şahin Həsənli deyib.
İlhaiyyatçı bildirib ki, son illər Azərbaycanda bir çox məscidlər dövlət hesabına təmir edilib:
"Məscidlərdən bəziləri ölkə başçısının vəsaiti hesabına tikilib. Dini abidələrin dövlət hesabına təmir və inşa edilməsi bütün dünya ölkələrində nadir rast gəlinən məqamlardandır.
Çünki dünyəvi mahiyyəti olan dövlətlər adətən dini abidələrə maddi yardım göstərirlər. Ölkəmizdə də belə təcrübə var.
Son zamanlar Azərbaycanda böyük məscidlər, ziyarətgahlar bərpa edilib. Gəncə İmamzadə türbəsinin açılışında özüm də iştirak etmişəm. Həmin açılışda yüzlərlə din xadimləri, müxtəlif dini konfensiyaların nümayəndələri var idi. Hətta ölkə baççısının özü də bu kompleksin açılışında idi. Açılışda vurğulandı ki, Azərbaycan dövləti yalnız islam abidələrinə yox, digər dinlərə məxsus mədəblərin də bərpasına yardım göstərir”.
İlahiyyatçı bildirib ki, ölkəmizdə məscidlərlə yanaşı müxtəlif kilsələr, sinaqoqlar da dövlət qayğısı ilə əhatə olunub:
"Bu olduqca təqdirəlayiq və dünyaya nümunə olan bir haldır. Ümumiyyətlə, ölkəmizdə dinlər, məzhəblərarası münasibətlər modeli heç bir şişirtməyə yol verilmədən dünyanın inkişaf etmiş dövlətlərinə örnək ola bilər. Bunu Azərbaycana gələn qonaqlar, digər ölkələrin din xadimləri də təsdiq edir.
Eyni zamanda ölkəmizdəki din xadimlərinə müəyyən maddi yardımlar da göstərilir. Bu da dünyəvi dövlətə xas xüsusiyyətdir. Bütün bunlar dövlət-din münasibətlərinin müsbət məcrada inkişaf etməsinin göstəricisidir və cəmiyyətin üzvləri tərəfindən böyük rəğbətlə qarşılanır”.
Qeyd edə ki, bu günlərdə Prezident İlham Əliyev mədəniyyət işçiləri ilə görüşü zaman bir sıra məsələlərə toxunub. Ölkə başçısı Bakıda və bölgələrdə yüzlərlə məscidin əsaslı şəkildə bərpa olunduğunu deyib: "Onların arasında böyük mənəvi əhəmiyyət daşıyan Təzəpir, Bibiheybət, Əjdərbəy məscidləri, Gəncədəki İmamzadə dini-tarixi kompleks, Azərbaycanın ən qədim məscidi - 743-cü ildə tikilən Şamaxı Cümə məscidi əsaslı şəkildə bərpa edildi, Heydər Məscidi tikildi. Yəni, bunlar bizim milli irsimizdir”.
Yeganə Bayramova
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
6,7 bal gücündə zəlzələ Yaponiyanı vurdu
20:38 15.05.2026
Dünya
Ukraynanın Rusiyanı mühakimə etməyə haqqı var - ŞƏRH
20:34 15.05.2026
Gündəm
ABŞ və Yaponiya liderləri telefonla danışıb
20:22 15.05.2026
Dünya
"Şəfa" Premyer Liqaya vəsiqə qazanıb
19:57 15.05.2026
Futbol
Venesuelada dövlət neft şirkətinin müəssisəsində yanğın baş verib
19:48 15.05.2026
Dünya
İsrailin hücumları nəticəsində Livanda ölənlərin sayı 2951-ə çatdı
19:40 15.05.2026
Dünya
CENTCOM: ABŞ Hörmüz boğazında 75 ticarət gəmisini saxlayıb
19:33 15.05.2026
Dünya
WUF13 nəqliyyat sistemi fəaliyyətə başlayıb
19:01 15.05.2026
Cənubi Qafqaz
Ərdoğan Əhməd Yəsəvi məqbərəsinə qədim əlyazma Quran bağışlayıb
18:54 15.05.2026
Dünya
Ailə dəyərləri milli məsələ səviyyəsinə çatıb - EKSPERT
18:39 15.05.2026
Cəmiyyət
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:32 15.05.2026
Aktual
WUF13 üçün onlayn qeydiyyat başa çatıb
18:30 15.05.2026
Cəmiyyət
Azərbaycan-Rusiya iqtisadi münasibətləri müzakirə olunub
18:18 15.05.2026
Gündəm
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya