"Azərbaycanın əleyhinə çağırışlar edən saytlar, səhifələr məsuliyyətə cəlb edilməlidir”
10:10 12.07.2018
Arxiv
599
"Radikal çağırışlar edən, müxtəlif dezinformasiyalar yayan saytlarla bağlı ciddi tədbirlərin görülməsi Mətbuat Şurasının (MŞ) tam səlahiyyətində deyil".
Bunu "Sherg.az”a Gəncə və Mingəçevir hadisələri zamanı təxribat xarakterli çağırışlar edən saytlar və sosial mediadakı səhifələrə qarşı mübarizədən danışarkən "525-ci qəzet”in baş redaktoru, yazıçı-jurnalist Rəşad Məcid söyləyib.
O bildirib ki, elektron saytların qeydiyyatı, fəaliyyəti problemləri ilə həm Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, həm də hüquq-mühafizə orqanları məşğul olmalıdır:
"Xaricdən maliyyələşən bir sıra saytlar var. Bəziləri müxtəlif dairələrə xidmət edirlər. Həmin saytları media deyil, təxribatçı qruplar adlandırmaq lazımdır. Mətbuat Şurasının komissiyası bu məsələyə məlumat bildirə bilər. Lakin konkret araşdırma aparılması, tədbirlər görülməsi hüquq-mühafizə orqanlarının səlahiyyətindədir. Mütəmadi olaraq, Azərbaycanın əleyhinə çağırışlar səsləndirən saytlar, sosial şəbəkə səhifələri, profillər aşkarlanmalı, qanunauyğun şəkildə məsuliyyətə cəlb edilməlidir”.
Qeyd edək ki, iyulun 3-də Mingəçevir İES-də baş verən qəza və iyulun 10-u Gəncədə törədilən iğtişaşlar zamanı "nuraz.com", "abna.com", "aran.news", "qafqaz.ir", "rasthaber.com", "ru-clip.ru" kimi saytlar həqiqətə uyğun olmayan, milli maraq və təhlükəsizliyə zidd, cəmiyyətdə xaotik əhval-ruhiyyə yaradan təxribat xarakterli dezinformasiyalar tirajlayıblar.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rafinya Ronaldinyoya çatdı
13:07 04.11.2026
Futbol
Bakıda noyabrın 9-a qədər yağış yağacaq - XƏBƏRDARLIQ
12:55 04.11.2026
Ekologiya
NATO Rusiya ərazisinə zərbə endirə bilər
12:48 04.11.2026
Gündəm
Göygöldə yol qəzasında iki nəfər xəsarət alıb
12:27 04.11.2026
Hadisə
Dəfnə görə ödənilən müavinətin məbləği artırılır
12:10 04.11.2026
Aktual
AzTV 100 illik yubileyə həsr olunmuş çarx yayımlayıb - VİDEO
12:09 04.11.2026
Media
DSMF-nin növbəti il üçün gəlir və xərcləri açıqlanıb
11:57 04.11.2026
İqtisadiyyat
Azərbaycanın xalis maliyyə aktivləri 110 mlrd. manata çatıb
11:47 04.11.2026
İqtisadiyyat
Polis bir gündə 1 qumbaraatan və 5 tüfəng götürdü
11:07 04.11.2026
Hadisə
Karapetyanların evlərində axtarış aparılır - YENİLƏNDİ
10:47 04.11.2026
Region
Qazaxda 15 yaşlı yeniyetmə həmkəndlisini bıçaqlayıb
10:21 04.11.2026
Hadisə
Obama Trampın partiyasının seçkidəki məğlubiyyətinə reaksiya verdi
10:19 04.11.2026
Gündəm
Tramp İrana yeni zərbələr endirmək planının olmadığını açıqlayıb
10:05 04.11.2026
Gündəm