Azərbaycanın yeritdiyi siyasət çox uğurlu və funksionaldır
08:13 26.12.2018
Arxiv
350
Moskva anlayır ki, rəsmi Bakı ilə yaxın əlaqələr qurmaq həm Rusiya, həm də ümumilikdə bölgə üçün faydalıdır
"Bu il Azərbaycanla Rusiya arasındakı münasibətlər çox sürətlə inkişaf edib”. Bunu Rusiyanın "Russia-24” telekanalına müsahibəsində Prezident İlham Əliyev deyib. Dövlət başçısı bəyan edib ki, onun Rusiyaya rəsmi səfəri, həmkarı Putinin Azərbaycana səfəri, həmçinin, beynəlxalq tədbirlər çərçivəsində altı dəfə görüş baş tutub və hamısı da səmərəli olub. Prezidentin sözlərinə görə, indiyədək tərəflər arasında qarşılıqlı fəaliyyətin müxtəlif sahələrinə dair yol xəritələri ərsəyə gətirilib. Azərbaycanlı və rusiyalı sərmayəçilər hər iki ölkənin iqtisadiyyatına sərmayələr qoyub. Qarşılıqlı ticarət dövriyyəsinin daha da artması, birgə müəssisələrin qurulması üçün əlverişli şərait yaradılıb:
"Məncə, müştərək nəqliyyat layihələrimiz də ikitərəfli ticarət əlaqələri üçün mühüm təkan verəcək. "Şimal-Cənub” layihəsi artıq həyata keçirilir, yalnız bu il ərzində Azərbaycan üzərindən tranzitin onqat artmasının şahidi olmuşuq.
Yəni münasibətlərimizə kompleks şəkildə yanaşırıq. Bunun təməli də tarixi dostluğumuzdur. Bu təməl üzərində siyasi münasibətlərimizin çox ciddi bünövrəsini qurmuşuq”.
Rusiya-Azərbaycan münasibətləri ilə bağlı "Şərq”ə danışan politoloq Tofiq Abbasov deyib ki, Azərbaycanın yeritdiyi siyasət çox uğurlu və funksionaldır. Müstəqil siyasət yürüdən Azərbaycan qonşu ölkələr üçün əlverişli və etibarlı tərəfdaşdır:
"Hər ölkənin öz siyasi çəkisi var və dövlətlərin gücü birbaşa ölkəyə rəhbərlik edən liderin mövqeyindən, onun siyasi hazırlığından və nüfuzundan asılıdır. Bu baxımdan Azərbaycanla Ermənistanı müqayisə etmək qətiyyən doğru deyil. Regionun lideri Azərbaycanla münasibət qurmaq istəyən dövlətlər çoxdur.
Təbii olaraq bizimlə sıx əməkdaşlıq etmək istəyən, münasibətləri inkişaf etdirməyə çalışan dövlətlər arasında şimal qonşumuz Rusiya da var. Moskva anlayır ki, rəsmi Bakı ilə yaxın əlaqələr qurmaq həm Rusiya, həm də ümumilikdə bölgə üçün faydalıdır.
Düzdür, yaxın münasibətlərimizi qısqanan, buna zərbə vurmağa çalışan qüvvələr mövcuddur. Ancaq şəxsən Prezident Vladimir Putin başda olmaqla Rusiyanın siyasi elitası Azərbaycana və dövlət başçısı İlham Əliyevə xüsusi hörmət və diqqətlə yanaşırlar. Kreml birmənalı olaraq rəsmi Bakının mövqeyi ilə razılaşır. İrəvana münasibət isə hər gün daha da mənfiyə doğru dəyişir”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nazirliklə "Veysəloğlu" arasında memorandum imzalanacaq
14:28 02.09.2026
Ölkə
DİN: Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın!
14:06 02.09.2026
Aktual
Prezident İlham Əliyev Çin Baş prokurorunu qəbul edib
14:03 02.09.2026
Gündəm
ABŞ-ın İrana son hücumunda SEPAH-ın 4 əməkdaşı ölüb
13:07 02.09.2026
Gündəm
Şimali Kipr sahillərində batan gəminin qalıqları tapılıb
12:58 02.09.2026
Hadisə
Türkiyə aviaşirkətləri Moskvaya uçuşları ləğv edir
12:38 02.09.2026
Hadisə
Yasamalda skuterdən yıxılan 57 yaşlı kişi ölüb
12:35 02.09.2026
Hadisə
Cinayətdə şübhəli bilinən 46 nəfər saxlanıldı
11:43 02.09.2026
Hadisə
1,2 milyon manatlıq körpü açılışda çökdü - VİDEO
11:35 02.09.2026
Hadisə
Daha üç vəzifəliyə hökm oxundu - Biri Mikayılovun uşaqlıq dostudur
11:13 02.09.2026
Hadisə