Azərbaycanla bağlı hazırlanan məruzə dinlənilib
20:02 23.05.2016
Arxiv
512
AŞPA Monitorinq Komitəsinin iclasında Azərbaycan torpaqlarının işğalı faktı bir daha sübut edilib
Parisdə AŞPA Monitorinq Komitəsinin iclası keçirilib. İclasın birinci iş günündə Azərbaycanla bağlı hazırlanan məruzə dinlənilib. Bu haqda AZƏRTAC-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov məlumat verib. S.Seyidov bildirib ki, aprel ayında AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçisi Stefan Şennak Azərbaycanda səfərdə olub. Bu gün (dünən) Monitorinq Komitəsində həmin missiyanın ilkin məruzəsi dinlənilib.
Məruzədə ölkədə insan hüquqlarının vəziyyəti, xüsusilə də Prezident İlham Əliyevin imzaladığı əfv fərmanları, qeyri-hökumət təşkilatlarının normal şəraitdə fəaliyyət göstərməsi, Azərbaycanda gedən müsbət proseslər haqqında məlumatlar əksini tapıb.
İclasda aprel ayında qoşunların təmas xəttində vəziyyətin gərginləşməsindən danışılıb, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı 7 rayonun işğalı faktı ilə bağlı fikirlər söylənilib və müzakirələr aparılıb. Müzakirələr zamanı Ermənistan nümayəndələrinin
etirazlarına baxmayaraq, AŞPA Monitorinq Komitəsinin üzvləri, həmməruzəçilər, digər deputatlar bununla bağlı öz mövqelərini bildiriblər.
Müzakirələr zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri S.Seyidov Avropa Şurasının, Avropa İnsan Hüquqları Məhkəməsinin qəbul etdiyi sənədlərə istinad edərək Azərbaycan torpaqlarının işğalı faktını gündəmə gətirib, bu faktı sənədlərlə sübut edib.
Monitorinq Komitəsinin bu iclası həmişə Azərbaycana qarşı ciddi tənqidi mövqedə olan avropalı deputatların ölkəmizdəki proseslərə müsbət münasibətləri ilə yadda qalıb. Avropalı deputatlar Prezident İlham Əliyevin apardığı düşünülmüş siyasətin göz qabağında olan nəticələrinin təqdirəlayiq olduğunu bildiriblər.
S.Seyidov bir neçə gün əvvəl Milli Məclisdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, parlamentin deputatı Mehriban Əliyevanın təşəbbüskarı olduğu "28 May -Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında” qərar layihəsinin yekdilliklə qəbul olunduğunu vurğulayaraq, onun ümumilikdə 10 min məhkuma şamil ediləcəyini və onlardan 3 min 500-ə yaxın şəxsin cəzaçəkmə müəssisələrindən azad ediləcəyinin gözlənildiyini diqqətə çatdırıb.
Bu addım Monitorinq Komitəsinin bütün üzvləri tərəfindən təqdirəlayiq hesab olunub.
Monitorinq Komitəsinin həmməruzəçilərinin iyun ayında yenidən Azərbaycana gəlmələri ilə bağlı qərar qəbul edilib. Həmməruzəçilər nəticələri ləğv edilmiş 90 saylı seçki dairəsində keçiriləcək seçkiləri müşahidə etmək üçün Monitorinq Komitəsinin razılığını alıb.
İyun missiyası çərçivəsində həmməruzəçilərin dövlət rəsmləri ilə görüşləri də gözlənilir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, ölkəmizdə görülən işlər, imzalanan fərmanlar, amnistiya təşəbbüsü, müsbət istiqamətdə atılan addımlar AŞPA-da ermənilər tərəfindən təşkil olunan və ölkəmizin imicinə ləkə yaxmaqdan ibarət antiazərbaycan kampaniyalarına ciddi cavabdır və bu kampaniyaya ağır zərbədir.
Monitorinq Komitəsinin iclasında S. Seyidov konkret sənədlər, broşürlər vasitəsi ilə də erməni kampaniyasının iç üzünü açıb göstərib. Komitənin üzvlərinə paylanan broşürlər qoşunların təmas xəttində dinc azərbaycanlı əhalinin ermənilər tərəfindən hədəfə alındığını bir daha sübut edib.
Monitorinq Komitəsində Azərbaycanla bağlı məruzənin ilkin variantı qəbul olunub. Növbəti səfər iki həmməruzəçi ölkəmizdə missiyada olacaq və müşahidə aparacaq. İkinci həmməruzəçi Monitorinq Komitəsinin sədridir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi