Azərbaycanlı Saakaşvilinin tərəfdaşının yerini tutmaq istəyir
09:23 24.05.2016
Arxiv
487
Odessa prokuroru vəzifəsinə namizəd hesab edilən Gündüz Məmmədov prokurorluq sistemində çoxdan işləyir
Ukraynanın Odessa vilayətinin prokuror müavini Azərbaycan əsilli Gündüz Məmmədov vilayətin baş prokuroru vəzifəsinə təyin edilə bilər. ANS PRESS-in Ukrayna KİV-nə istinadən verdiyi məlumata görə, onun prokuror vəzifəsinə təyinatı üçün bir neçə odessalı biznesmen, o cümlədən cəmiyyətdə birmənalı qarşılanmayan Vladimir Qalanternik lobbiçilik edir. Odessanın meri Gennadi Truxanov məhz Qalanterikin adamıdır. Onların hər ikisi Rusiya biznesinə yaxın adamlar hesab edilirlər.
Truxanov uzun müddət Rusiyanın "Lukoil” şirkətinin Ukraynadakı nümayəndəsi olub.
Mətbuatda yazılanlara görə, Odessa prokuroru vəzifəsinin "bazar qiyməti” hazırda 5 milyon dollardır. Qubernator Mixail Saakaşvilinin tərəfdaşı David Sakvarelidzenin azad edilməsindən sonra Odessa vilayət prokuroru vəzifəsi hələ də vakant qalır.
Bu vəzifəyə əsas namizəd hesab edilən Gündüz Məmmədov isə prokurorluq sistemində çoxdan işləyir. O, Meçnikov adına Odessa Milli Universitetini 1996-cı ildə bitirib və prokurorluq sistemində işə qəbul olub. 2014-cü ildə Odessa prokuroru təyin olunub, lakin 2015-ci ilin sonunda onun yerini Sakvarelidze tutub. G.Məmmədov nüfuzlu ailədəndir. Onun əmisi İlham Məmmədov bir vaxtlar "Lukoil-Ukrayna” şirkətinin baş direktoru olub. İlham Məmmədovun "Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla sıx əlaqələri var. Habelə o, Donetsk klanı və Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçlə bağlı olub. Zəngin qohumlarına baxmayaraq Gündüz Məmmədov sadə həyat tərzi sürür. Ümumilikdə o 188,5 min qrivna (11,2 min manat) qazanıb. Ötən il o, heç bir əmlak haqda bəyannamə verməyib.
G.Məmmədovun kiçik qardaşı Elçin Məmmədov isə SOCAR-ın Ukrayna nümayəndəliyinin rəhbəridir. Onun odessalı siyasətçilərlə yaxın əlaqələri var. Bu əlaqələr sayəsində Odessanın mərkəzində "SOCAR” yanacaqdoldurma məntəqələri açıb. Ukrayna müstəqil xəbər portalı yazır ki, "rusiyameyilli "neft prokuroru”nun Odessa regional prokurorluğunun rəhbərliyinə gətirilməsini Rusiyaya bağlı oliqarxlar istəyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq
NASA-nın tonyarımlıq teleskopu yerə düşəcək
16:10 01.11.2026
Maraqlı
Britaniya hökuməti Breksit sazişini yeniləməyi planlaşdırır
15:55 01.11.2026
Gündəm
Şəkidə avtomobil dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB
15:37 01.11.2026
Hadisə
Rusiyada məşhur qrupun vokalçısı öldü
15:22 01.11.2026
Şou
"Qalatasaray”ın vitse-prezidenti istefa verdi
15:08 01.11.2026
Futbol
Gəncədə evdən 35 yaşlı kişi meyiti tapılıb
14:53 01.11.2026
Hadisə
Bakıdan Tbilisiyə əlavə reys 100 faiz doluluqla yola düşüb
14:05 01.11.2026
İnfrastruktur
Zelenski: Putinlə Türkiyədə görüşməyə hazıram
13:32 01.11.2026
Dünya
İranda hələ də vurulmalı bir-iki obyekt qalıb - Tramp
13:18 01.11.2026
Aktual
Sabaha olan hava proqnozu açıqlandı
12:46 01.11.2026
Ekologiya
İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib
12:15 01.11.2026
Rəsmi