Niyə şovinist ukraynalıların millətçi damarı digər xalqlardan, məsələn, erməni və gürcü millətindən olan ticarətçilərə, iş adamlarına, diasporaya qarşı qabarmır?
Azərbaycanlılara atəş açdılar
07:47 11.07.2017
Arxiv
1465
Ukraynada kriminal-qoçu tipli hərbi birləşmələr təzyiqləri artırıb
Niyə şovinist ukraynalıların millətçi damarı digər xalqlardan, məsələn, erməni və gürcü millətindən olan ticarətçilərə, iş adamlarına, diasporaya qarşı qabarmır?
Niyə şovinist ukraynalıların millətçi damarı digər xalqlardan, məsələn, erməni və gürcü millətindən olan ticarətçilərə, iş adamlarına, diasporaya qarşı qabarmır?
Ukraynanın paytaxtı Kiyevdə, Taras Şevçenko meydanı yaxınlığında yerləşən bazarda özlərini "terror əleyhinə əməliyyatın iştirakçıları” adlandıran şəxslər azərbaycanlılara atəş açıblar. Bu barədə "Facebook” sosial şəbəkəsində "Kiyev Operativnı” səhifəsində məlumat yayılıb. Məlumatda deyilib ki, Taras Şevçenko meydanı yaxınlığında yerləşən bazara naməlum şəxslər gəlib. Onlar özlərini "ATO döyüşçüləri” kimi təqdim ediblər. Bir müddət sonra satıcılarla münaqişə yaranıb.
Münaqişə nəticəsində "ATO döyüşçüləri” satıcılara bir neçə dəfə atəş açıblar. Nəticədə soydaşlarımız ciddi xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Bu, azərbaycanlılara qarşı baş verən yeganə təzyiq olmayıb. Həmin günü digər toqquşma Nikolayev şəhərinin mərkəzində, Sobornaya və Admiralskaya küçələrinin kəsişməsində baş verib. Atışma nəticəsində azərbaycanlılar zərər çəkiblər. Polisdən bildirilib ki, üç nəfər xəstəxanaya gətirilsə də, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb. İnsidentlərin araşdırıldığı deyilib.
Məsələ ilə bağlı "Şərq”ə danışan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib ki, əgər siyasi tərəfi istisna etsək, burada iki məsələni vurğulamaq mümkündür:
"Birinci məqam xərac-pul məsələsidir. Burada iki variant mövcuddur. Kriminal sfera tərəfindən edilən təhdid və təzyiq bütün postsovet məkanında mövcuddur. Digər tərəfdən Ukraynada kriminal-qoçu tipli hərbi birləşmələr var. Məsələn, "ATO” deyilən qurum onlardan biridir. İkinci məsələ isə sırf millətçilik ruhunda baş verən sıxışdırmalar ola bilər. Bu tendensiya da Ukraynada çox güclü yayılıb. Sadəcə problem ondadır ki, niyə şovinist ukraynalıların millətçi damarı digər xalqlardan, məsələn, erməni və gürcü millətindən olan ticarətçilərə, iş adamlarına, diasporaya qarşı qabarmır?
Niyə sadəcə azərbaycanlılara qarşı mütəmadi və getdikcə daha da qəddarlaşan, ölüm səviyyəsinə çatan prosesləri müşahidə edirik? İstər-istəməz bu cür silsilə hadisələr Ukraynada Azərbaycana və azərbaycanlılara qarşı xüsusi qərəzli münasibət düşüncəsi yaradır. Fikrimcə, bu proseslərin mənbəyi çox güclü və Azərbaycana nifrət edən dairələrə, o cümlədən Ukraynanın erməni daxili işlər naziri Arsen Avakova gedib çıxır. Xüsusən, Ukraynadakı azərbaycanlılara qarşı bu cür qanunsuz basqıların qarşısının alınmasının və günahkarların cəzalandırılmasının "müşkülə” düşməsi birbaşa DİN və Avakovla bağlıdır”.
İsmayıl
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: İranla danışıqlar Avropada keçirilə bilər
01:50 15.04.2026
Gündəm
"Barselona" və "Liverpul" ÇL ilə vidalaşdı
01:31 15.04.2026
Futbol
Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən gedib
01:10 15.04.2026
Futbol
Akademik Zərifə Əliyevanın anım günüdür
00:02 15.04.2026
Gündəm
Vaşinqtonda İsrail-Livan danışıqları başa çatıb - YENİLƏNİB
23:20 14.04.2026
Gündəm
Bulvarda gülləri əzənlər bloqerlər imiş - ADLAR
22:25 14.04.2026
Cəmiyyət
“Kefsizsənsə işə gəlmə" izni - BİR İLK
22:02 14.04.2026
Cəmiyyət
Bakının bir sıra yollarında sürət həddi endirildi
22:00 14.04.2026
Cəmiyyət
Zelenski Aİ liderləri ilə müharibəni müzakirə edəcək
21:47 14.04.2026
Dünya
Tramp: 2 gün ərzində nəsə baş verə bilər
21:26 14.04.2026
Gündəm
Oğulları ilə problem istirahətə mane olmur
21:05 14.04.2026
Şou
Anar Bayramov TƏBİB-in İcraçı direktoru təyin edilib
20:23 14.04.2026
Sosial
Tramp Orbanın məğlubiyyətindən məyus olub
19:37 14.04.2026
Dünya
Türkiyənin ən uğursuz olduğu sahə təhsildir - Murat Anar
19:28 14.04.2026
Elm və Təhsil