Həmin dövrdə bu məsələ üzrə ictimai təbliğat, maarifləndirmə və nəzarət də zəif olub. Buna görə də bu qədər ailə, uşaq İraqa yığılıb. Hazırda isə İŞİD orada məhv edilib, yoxa çıxıb və həmin ümidləndirilən ailələr ortalıqda qalıb. Onları, Azərbaycan XİN dediyi kimi birdən-birə yerində yoxlamamış, Azərbaycana daşımaq problem yaradar. Həmin şəxslərin şəxsiyyəti, kimliyi, hansı bir yolla gedib oraya çıxmağı, hansı qanunsuz əməldə iştirak etməyi nə dərəcədə cinayət məsuliyyəti daşımağı və qayıdanda ölkə üçün təhlükə mənbəyi olmağı və s. aydınlaşmalıdır”.
Azərbaycanlıları İraqa kim aparıb və onlar niyə ortalıqda qalıblar ? - Detallar
17:07 31.10.2017
Arxiv
923
"Azərbaycanlıların müxtəlif xarici təşkilatlara cəlb edilməsinin səbəbi ölkədə dini ekstremist mərkəz və şəbəkələrin təbliğat aparmasıdır”.
Bunu "Sherg.az”a xarici işlər naziri Elmar Məmmədyarovun İraqda saxlanılan azərbaycanlı qadın və uşaqlarla bağlı açıqlamalarına münasibət bildirərkən kriminalist İlqar Altay deyib.
O bildirib ki, bəzi dindarların beynini yuyub cihad, allah eşqi və s. adlarla xaricə, Orta Doğu zonasına daşıyıb, öz məqsədləri üçün istifadə edirlər:
"Bir vaxt oldu ki, İŞİD terror təşkilatı hücum edib, Suriya və İraq bölgələrini ələ keçirib özünü dövlət adlandırdı. Onun sisteminə uyğun gəlməyən yerli camaatı sıxışdırdı. Nəticədə yaxın və uzaq ölkələrdən özünə uyğun müsəlman ailələri cəlb etməyə başladı. Yəni, məqsəd və siyasət o idi ki, öz təlim tərbiyəsində yeni vətəndaşları ilə yeni şəriət qanunlarına uyğun bir dövlət qursun.
Vətəndaşlarımızın da İraq, Suriyaya gedib, çıxması həmin siyasətin nəticəsidir. Bu məsələdə təbii ki, bizim də günahımız var. Əvvəla, xüsusi xidmət orqanları, keçmiş MTN bizdə bir neçə il əvvəl bu istiqamətdə yararsız fəaliyyət göstərirdi. Digər dövlət orqanları sərhəd xidməti də İraq, Suriya istiqamətində gedənlərə nəzarəti zəiflətmişdi.
Həmin dövrdə bu məsələ üzrə ictimai təbliğat, maarifləndirmə və nəzarət də zəif olub. Buna görə də bu qədər ailə, uşaq İraqa yığılıb. Hazırda isə İŞİD orada məhv edilib, yoxa çıxıb və həmin ümidləndirilən ailələr ortalıqda qalıb. Onları, Azərbaycan XİN dediyi kimi birdən-birə yerində yoxlamamış, Azərbaycana daşımaq problem yaradar. Həmin şəxslərin şəxsiyyəti, kimliyi, hansı bir yolla gedib oraya çıxmağı, hansı qanunsuz əməldə iştirak etməyi nə dərəcədə cinayət məsuliyyəti daşımağı və qayıdanda ölkə üçün təhlükə mənbəyi olmağı və s. aydınlaşmalıdır”.Qeyd edək ki, E.Məmmədyarovun sözlərinə görə, həmin şəxslərlə Xarici İşlər Nazirliyi ilə bərabər Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi məşğuldur. Nazir deyib ki, ilk növbədə İraq hökuməti ilə birgə həmin insanların bu ölkəyə necə getməsi, hansı işlə məşğul olmaları və gələcək taleləri müzakirə olunacaq.
Aysel Aslan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülərə tərif yağışı: "“Real Madrid"in vitamin mənbəyidir!”
18:42 08.11.2026
Futbol
Ədliyyə Nazirliyinin kollektivi Zəfər parkını ziyarət edib
18:20 08.11.2026
Gündəm
Xankəndidən verilən Zəfər mesajı -TƏHLİL
18:07 08.11.2026
Aktual
Böyük Britaniya Kralı ilk dəfə Çinə səfər edə bilər
17:56 08.11.2026
Dünya
Fransa Ukrayna ilə bağlı Əbu-Dabi danışıqlarında iştirak edəcək
17:31 08.11.2026
Dünya
Müdafiə naziri Zakir Həsənov COVID-19-a yoluxub
17:28 08.11.2026
Gündəm
"Mən Cənab Prezident İlham Əliyevlə qürur duyuram" - Yücel Karauz
17:24 08.11.2026
Gündəm
Ərdoğan: “Bakının sevinci Ankaranın sevincidir”
16:40 08.11.2026
Gündəm
Daşkəsən, Kəlbəcər və Şahdağa qar yağır - FAKTİKİ HAVA
16:25 08.11.2026
Ekologiya
Ailəsini qətlə yetirib şəhər meydanına hücum etdi - Təfərrüatlar
15:15 08.11.2026
Hadisə